Köçürmə komissiyaları. Köçürmə və qəbuletmə komissiyalarının heyətinə təhsil sahəsinin, sosial təminat, daxili işlər, rabitə, hərbi komissarlıq, FH-da fəaliyyət, nəqliyyat orqanları administrasiyalarının (departament, idarə, xidmət, şöbə) rəhbər şəxsləri daxil edilir. Köçürmə komissiyaları obyektin fəhlə və qulluqçularının köçürülməsi və təxliyəsi ilə bağlı bütün məsələləri həll edir. Hər bir müəssisədə və qurumda rəhbərlərin iştirakı ilə köçürmə siyahısını müəyyən edirlər. Bu siyahılar köçürülən əhalinin məskunlaşdığı rayonlarda qeydiyyata düşmək, məskunlaşmaq üçün pasport (şəxsiyyət vəsiqələri) ilə birlikdə ən vacib sənəd sayılır.