Köçürülənləri qəbuletmə komissiyası. Köçürülənləri qəbuletmə komissiyası köçürülmüş əhalinin qəbulunun, yerləşdirilməsinin, ilk növbədə həyat şəraitinin təminatının təşkili üçün yaradılır. Yerli rayon (şəhər) icra hakimiyyətinin qərarı ilə rayon (şəhər) polis idarəsinin rəis müavininin rəhbər-liyi altında şəhərkənarı zonada rayon (şəhər) köçürülənləri qəbuletmə komissiyası təşkil olunur. Onların heyətinə yerli icra orqanlarının xidmət və şöbələrinin rəhbərləri və ya onların müavinləri, köçürülənlərin qəbulu, yerləşdirilməsi və təminatı ilə əlaqəli işçilərin nümayəndələri daxil olur. Bu komissiyanın tərkibində qəbulun və yerləşdirilmənin, yol və nəqliyyat təminatının qeydiyyatı və məlumat qrupları yaradılır.