Mövzu Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və təqdiqat istiqamətləri



Yüklə 0,49 Mb.
səhifə43/100
tarix02.01.2022
ölçüsü0,49 Mb.
#43468
1   ...   39   40   41   42   43   44   45   46   ...   100
Ali mekteb pedaqogikasi Magistr-1

­-Mədəniyyət

Hər bir gənc nəsil öz həyatını əvvəlki nəsillərin yaratdığı mədəni mühitdən başlayır. Maddi və mənəvi mədəniyətin müxtəlif elementlərini mənimsəyən gənc nəsil onu daha artıq zənginləşdirir və inkişaf etdirir. Bəşəriyyətin yaratmış olduğu maddi və mənəvi nemətlərin məcmusunu əks etdirən mədəniyyətin bütün elemetlərini mənimsəmək qeyri-mümkündür. Lakin bütün dövrlərin mədəniyyətləri üçün ümumi olan elementlər mövcuddur və bu elementləri təhsilin məzmununa daxil etməklə iradi, əxlaqi, estetik, emosional sferaları inkişaf etmiş mədəni insan tərbiyə etmək mümkündür. İnsanın mədəni səviyyəsi onun elmi biliklərə, əxlaqi normalara, cəmiyyətin sosial-siyasi ideallarına münasibətlərində təzahür edir.



-Motivlərin davamlı sistemi

Motiv (latınca-hərəkətə gətirmək, itələmək deməkdir) – insanın tələbatlarının ödənilməsi ilə əlaqədar olaraq onu fəaliyyətə təhrik edən amildir. Motiv – insan üçün şəxsi məna kəsb edən və fəaliyyətində müəyyənedici rol oynayan təhrikedici qüvvədir. Motiv insanı fəaliyyətə təhrik etməklə yanaşı, həm də onun fəaliyyətinin istiqamətini müəyyənləşdirir. Təhriketmə və istiqamətləndirmə bir-birilə vəhdət təşkil edir və motivin əsas funksiyaları kimi təzahür edir.

-Fəal həyat mövqeyi

Təhsilin məzmunu mənimsənildikcə, şəxsiyyətin fəaliyyət dairəsi tədricən genişlənir, o, öz həyat yolunu məqsədəuyğun surətdə müəyyən edir, lazım olduqda həyat şəraitini dəyişdirir, həyatın ən mürəkkəb situasiyalarında daxili inamına və əqidəsinə uyğun hərəkət edir. Şəxsiyyət inkişaf etdikcə ictimai münasibətlər sisteminə daha geniş daxil olur, insanlarla və ictimai həyatın müxtəlif sahələri ilə əlaqəni genişləndirir və dərinləşdirir. Bunun sayəsində o, ictimai təcrübəyə yiyələnir, onu mənimsəyərək öz sərvətinə çevirir. Şəxsiyyət ictimai həyatın müxtəlif sahələrinə qovuşduqca daha çox müstəqillik kəsb edir.

Təhsilin məzmununu təşkil edən bütün struktur komponentləri bir-biri ilə əlaqədədir. Bacarıqlar və vərdişlər bu struktura daxil olan biliklər əsasında yaranır. Yaradıcı fəaliyyət məlum bilik və bacarıqlara istinad etmədən mümkün deyil.



  1. Yüklə 0,49 Mb.

    Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin