Mövzu Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və təqdiqat istiqamətləri


Mövzu 5. Ali məktəbdə təlim metodları və texnologiyaları



Yüklə 0,49 Mb.
səhifə51/100
tarix02.01.2022
ölçüsü0,49 Mb.
#43468
1   ...   47   48   49   50   51   52   53   54   ...   100
Ali mekteb pedaqogikasi Magistr-1

Mövzu 5. Ali məktəbdə təlim metodları və texnologiyaları

Plan:


  1. Təlim metodunun mahiyyəti və təsnifatı

  2. Təlim metodlarının ümumi xarakteristikası

  3. Ali məktəbdə pedaqoji texnologiyaların təsnifatı

  4. Problemli və fəal təlim texnologiyaları

  5. İnkişafetdirici təlim texnologiyaları




  1. Təlim metodunun mahiyyəti və təsnifatı

Metod-yunan sözü olub, həqiqətə, gözlənilən nəticəyə doğru irəliləmək yolu mənasını verir. Ən ümumi şəkildə metod-qarşıya qoyulmuş məqsədə çatmağı təmin etmək üçün müəyyən qaydalar əsasında fəaliyyətin təşkili üsuludur.

Təlim metodu təlim-tərbiyə məqsədlərinə nail olmaq üçün öyrədən və öyrənənlərin müəyyən qaydaların tətbiqi ilə təşkil olunmuş prosesi tənzimləyən qarşılıqlı fəaliyyətididr. Hər bir təlim metodu özündə iki fəaliyyət növünü birləşdirir:

1.Öyrədənin fəaliyyəti, başqa sözlə, öyrətmə fəaliyyəti

2.Öyrənənlərin fəal tədris-idrak fəaliyyətinin təşkili, başqa sözlə, öyrənmə fəaliyyəti.

Öyrətmə və öyrənmə fəaliyyətinin qovuşması yeni fəaliyyət növünü – birgə fəaliyyəti, başqa sözlə, təlim fəaliyyətini doğurur.

Ali məktəbdə təlim metodunun mahiyyəti müxtəlif didaktik vəzifələrin həlli məqsədi ilə müəllimin təlimi idarə etməsi və tələbənin tədris-idrak fəaliyyətinin təşkilinin optimal yolları kimi başa düşülür. Metod layihələşdirilmiş məqsədlə son nəticə arasında birləşdirici həlqədir. “Məqsəd – məzmun –metodlar – formalar – təlim vasitələri” sistemində metodun rolu müəyyənedicidir.

Didaktikada təlim metodu anlayışı ilə yanaşı təlim tərzi və təlim vasitələri məfhumları da işlədilir. Tərz (priyom) metodun tərkib hissəsidir, elementidir, yaxud ayrıca bir xassəsidir. Priyom metodun tətbiqində özünə yer tutan ayrıca bir amildir. Metod həcminə, strukturuna görə sadə və məhdud olduqda tərz yerində çıxış edir. Hər bir metod bir sıra spesifik tərzlərdən yaranır. Ümumi anlayış olan metoda tərz xüsusi komponent kimi daxil olub onu tamamlayır.


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin