Təlim metodlarının ənənəvi təsnifatı (D. O. Lordkipanidze, E. Y. Qolant, M. Ə. Muradxanov, B. Əhmədov, Y. Talıbov, Ə. Ağayev, Ə. Paşayev, F. Rüstəmov və b.).
Bilik mənbələrinə əsaslanan bu metodlar sırasına söz, kitab və dərslik üzərində iş metodları, əyani və praktik metodlar və videometod daxil edilir.
Təlim metodlarının idrak fəaliyyətinin xarakterinə görə təsnifatı (İ. Y. Lerner, M. N. Skatkin). Bu təsnifat tələbələrin müstəqil idrak fəallığının mərhələlərinə əsaslanır və buraya izahlı-illüstrativ, reproduktiv, problemli izah, evristik və tədqiqatçılıq metodları daxil edilir.
Dostları ilə paylaş: |