Mövzu Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və təqdiqat istiqamətləri


Ali məktəbdə təhsilin məzmununun təkmilləşdirilməsinin elmi əsasları



Yüklə 0,49 Mb.
səhifə49/100
tarix02.01.2022
ölçüsü0,49 Mb.
#43468
1   ...   45   46   47   48   49   50   51   52   ...   100
Ali mekteb pedaqogikasi Magistr-1

Ali məktəbdə təhsilin məzmununun təkmilləşdirilməsinin elmi əsasları

Təhsilin məzmunu dinamik xarakter daşıyır. Cəmiyyətin inkişafı, elmi-texniki tərəqqi, müasir elm və istehsal tenologiyaları təhsilin məzmununa daim təsir göstərir. Təhsilin məzmununu təkmilləşdirərkən aşağıdakı tələblər nəzərə alınmalıdır:

- təhsilin məzmunu, elmin, texnikanın, mədəniyyətin, sivilizasiynın müasir inkişaf səviyyəsinə uyğun gəlməlidir;

- təhsilalanların biliklərinin keyfiyyəti yüksəldilməlidir;

- təlim prosesinin iştirakçılarının müstəqilliyi və yaradıcı təşəbbüskarlığı stimullaşdırılmalıdır;

- hər bir təhsil alanın ümumi və xüsusi qabiliyyətləri inkişaf etdirilməlidir;

- tədris proqramları və dərsliklərin nisbi stabilliyi və mobilliyi təmin olunmalıdır;

- təhsilin məzmunu müəyyənləşdirilərkən, pedaqogika və psixologiya elmlərinin müasir nailiyyətləri, innovasiyalar və yeni pedaqoji texnologiyalar nəzərə alınmalıdır;

- didaktikanın prinsiplərinə, idrak fəaliyyətinin öxünəməxsus qanunauyğunluqlarına istinad edilməlidir;

- təhsilin humanistləşdirilməsi yolu ilə yüksək əxlaqi keyfiyyətlərə malik mütəxəssis yetişdirilməsi təmin edilməlidir;

- təlimin, tərbiyənin və inkişafın vəhdətini təmin etməklə gələcək mütəxəssisin dünyagörüşü, davranış və yaradıcılıq qabiliyyətləri inkişaf etdirilməlidir.

Zaman sürətlə dəyişir, cəmiyyət tərəqqi edir. Formalaşmaqda olan yeni ictimai münasibətlər təhsilin yeni məzmunda modernləşməsini tələb edir. Bu isə təsadüfi deyil. Çünki təhsilin ən böyük problemi, bütün sivilizasiyalarda olduğu kimi, onun məzmunu ilə bağlıdır. Hazırda dünyanın ən inkişaf etmiş ölkələrində təhsilin kurikulum modelindən geniş istifadə olunur.

Xarakterinə və məqsədlərinə görə kurikulumlar iki cür olur:

-Fənyönümlü kurikulumlar konkret elm sahəsini və əsas anlayışlar sistemini əhatə edir. Bu zaman təlimin keyfiyyəti fənnin elmi potensialı, məlumatlılıq səviyyəsi və biliklərin həcmi ilə ölçülür. Müxtəlif praktik bacarıqlar qazanılmış nəzəri biliklərin möhkəmliyini və davamlılığını təmin etmək məqsədi daşıyır. Praktik əhəmiyyətə malik kompetensiyalar, başqa sözlə bacarıqlar, vərdişlər və qabiliyyətlər arxa plana keçir. Təhsilalanlar həyatda onlara praktik cəhətdən lazım olmayan fundamental bilikləri öyrənmək məcburiyyətində olurlar. Fənyönümlü kurikulumlar əsasən ixtisaslar üzrə təhsil prosesində tətbiq olunur.




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin