Mövzu Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və təqdiqat istiqamətləri


Təhsilin məzmununu əks etdirən normativ sənədlər



Yüklə 0,49 Mb.
səhifə46/100
tarix02.01.2022
ölçüsü0,49 Mb.
#43468
1   ...   42   43   44   45   46   47   48   49   ...   100
Ali mekteb pedaqogikasi Magistr-1

Təhsilin məzmununu əks etdirən normativ sənədlər

Təhsilin məzmunu – tədris planı, proqram, dərslik və dərs vəsaitlərində təsbit olunur.

Ümumtəhsil, ümumpeşə və peşə hazırlığının məzmununu müəyyənləşdirən əsas sənəd tədris planıdır.

Tədris planı (latınca planum-yastılıq, hamarlıq, müstəvi deməkdir. Qabaqcadan müəyyən olunmuş qayda, ardıcıllıq) – müəyyən tip təhsil müəssisəsinin fəaliyyətini istiqamətləndirən, öyrənilən fənlərin tərkibini, öyrənilmə ardıcıllığını, hər fənnə ayrılan saatların miqdarını (tədris ili, semestr və həftə üçün), habelə tədris ilinin strukturunu müəyyən edən müəllimlər və tədris müəssisələrinin rəhbərləri üçün məcburi olan, Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş dövlət standartıdır.

Tədris planlarının tərtibinin elmi-pedaqoji əsaslarına uyğun olaraq müasir dövrdə tədris planında üç əsas komponent ayırd edilir:

-baza komponenti (məcburi fənlər);

-diferensial komponent (marağa görə seçmə fənn);

-məktəb (ixtisas) komponenti (tədris müəssisəsinin özünün müəyyənləşdirdiyi seçmə fənlər).

Bununla yanaşı, tədris planında iki əsas blok ayırd edilir: stabil (bazis) və istehsalın mütəxəssis hazırlığına verdiyi tələblərlə bağlı olan dinamik (xüsusi) blok.

Ali məktəbdə tədris edilən fənlər aşağıdakı kimi qruplaşdırılır:

-məcburu fənlər;

-alternativ fənlər (tələbələrin seçiminə əsaslanır);

-fakultativ fənlər;

-ixtisas fənləri.

Məcburu fənlər mütəxəssis hazırlığının elmi-nəzəri əsaslarını təşkil edir və istehsalat praktikası ilə vəhdətdə zəruri bilik və bacarıqlar sisteminin formalaşmasını təmin edir.


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin