Təlim vasitələri müəllimin öyrətmə, tələbənin öyrənmə prosesində istifadə etdiyi texnologiyalar kimi başa düşülür. Metod və vasitə təlimin ayrı-ayrı komponentləri olsa da, hər ikisi təlim məqsədlərinə xidmət edir: Metod “işi necə görməli?”, vasitə isə “işi nə ilə görməli?” sualına verilən cavablardır.
Təlim metodlarında təhsil-tərbiyənin məqsədi, məzmunu, obyektiv qanunauyğunluqları, prinsip və formaları öz əksini tapmaqla dinamik, didaktik bir sistem təşkil edir.
Təlim metodu özündə aşağıdakı əsəas əlamətləri birləşdirir:
- təlimin məqsədi;
- təlimin məqsəd və vəzifələrinə uyğun olaraq müəyyənləşdirilmiş əməliyyatlar sistemi, başqa sözlə, texnologiyalar;
- zəruri vasitələr;
- mənimsəmə üsulu;
- təlim subyektlərinin qarşılıqlı təsirinin xarakteri;
- obyektin dəyişilməsi prosesi;
- metodun tətbiqinin verdiyi nəticələr (əldə edilmiş məqsəd).
Deməli, hər bir metod müəllimin təhsilin məzmununu mənimsətmək məqsədi ilə təhsil alanların idrak və praktik fəaliyyətinin təşkilinə yönəlmiş məqsədyönümlü əməliyyatlar sistemidir. Təlim metodu tədris materialının dərk edilməsi və mənimsənilməsi ilə nəticələnən, öyrədən və öyrənənin fəaliyyət prosesidir. Bu fəaliyyət tələbənin öyrənilən obyekt üzərində apardığı işdir.
Pedaqoji ədəbiyyatda təlim metodları haqqında verilmiş təsnifatlar öz xüsusiyyətlərinə və mahiyyətinə görə bir-birindən fərqlənir. Bu təsnifatı aşağıdakı qaydada nəzərdən keçirmək olar:
Dostları ilə paylaş: |