Mövzu Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və təqdiqat istiqamətləri



Yüklə 0,49 Mb.
səhifə64/100
tarix02.01.2022
ölçüsü0,49 Mb.
#43468
1   ...   60   61   62   63   64   65   66   67   ...   100
Ali mekteb pedaqogikasi Magistr-1

I mərhələ - modelləşdirmə. Pedaqoji modelləşdirmə (modelin, nümunənin, etalonun hazırlanması) – pedaqoji ideyaların, pedaqoji proses və situasiyaların ümumi cəhətlərini, əsas məqsədlərini və onlara nail olmaq yollarının müəyyənləşdirilməsidir.

II mərhələ - proyektləşdirmə. Pedaqoji proyektləşdirmə - I mərhələdə hazırlanmış modelin tətbiqi mərhələsidir. Bunlar bir-birini qarşılıqlı tənzimləyici kimi özünü göstərir.

III mərhələ - konstruksiya. Pedaqoji konstruksiya – hazırlanmış model və proyektin konkret pedaqoji prosesdə, situasiyada, hadisədə reallaşdırılmasıdır.

Ali məktəblərdə təlim texnologiyasının məzmunu deyilərkən, tələbələrə təqdim edilən, onlarda təlim və peşə ilə bağlı bacarıq və vərdişlərinin formalaşmasını təmin edən təlim informasiyasının məzmunu, məsələ, tapşırıq və çalışmalar kompleksi başa düşülür. Bu, tələbənin gələcək peşə fəaliyyəti ilə bağlı ilkin təcrübəni mənimsəməsini təmin edir.

Texnologiya – fəaliyyətlə bağlı zəruri bacarıq və vərdişlərə malik olmaq və onlardan iş prosesində ustalıqla istifadə etmək məharətidir.

Təlim texnologiyaları – təlim prosesini təşkil edərkən, iştirakçıların, yəni öyrədən və öyrənənlərinin imkanlarını, istifadədə olan texniki vasitələri nəzərə alır və nəhayət etibarilə, təlimin təşkili formalarının optimallaşdırılmasını təmin edir.

Təlim texnologiyası – vasitə və metodların məcmusudur, həm də müəllimin təlim prosesində tələbələrə müxtəlif texniki və informasiya vasitələri ilə təsiri prosesidir. Təlim texnologiyası təhsilin məzmununu, təlim vəsitələri, metod və formalarını sistem halında reallaşdırmaqla, məqsəd və vəzifələrin effektiv həllini təmin edir.

Təlim texnologiyasının strukturu iki təbəqədən ibarətdir:

1.Tədris fənninin məzmunundan ibarət olan daxili təbəqə.

2.Təlim prosesində məzmunun reallaşdırılması prosesindən ibarət xarici təbəqə.

Son dövrün maraqlı təsnifatlarından biri aşağıdakı kimidir.

-Fəaliyyətin istiqamətinə görə (öyrədənlər, öyrənənlər).

-Təlimin məqsədlərinə görə

-Fənlərin istiqamətinə görə (humanitar, təbiət, texniki və s.).

-Texniki vasitələrə görə (audiovizual, kompüter, videokompüter və s.).

-Təlim prosesinin təşkilinə görə (fərdi, qrup, kollektiv, qarışıq).

-Metodik məqsədinə görə (bir fənnin, yaxud bir mövzunun tədrisi texnologiyası).

Təlim texnologiyası seçilərkən aşağıdakı tələblər nəzərə alınmalıdır:

-təhsilalanların şəxsiyyətinin peşə fəaliyyətinin mərkəzinə qoyulması, onlara təlim prosesinin subyekti kimi yanaşılması;

-insanın ən qiymətli dəyər kimi qəbul edilməsi;

-cəmiyyətin müxtəlif peşə-ixtisas sferalarına (texniki, təbiət, humanitar) ehtiyacı;

-bütün təhsil sistemində köklü islahatlar aparılması;

-sosial inkişafın istiqamətləri;

-hər bir texnoloji sistemin tələbələrin yaş və fərdi xüsusiyyətinə uyğunlaşdırılması;

-hər bir təhsil alanın şəxsi yaradıcılıq potensialının, fərdi imkan və qabiliyyətinin maksimum inkişafının təmin edilməsi.



  1. Yüklə 0,49 Mb.

    Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin