Mövzu Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və təqdiqat istiqamətləri


Tələbənin tədris materialı üzərində müstəqil iş metodları



Yüklə 0,49 Mb.
səhifə62/100
tarix02.01.2022
ölçüsü0,49 Mb.
#43468
1   ...   58   59   60   61   62   63   64   65   ...   100
Ali mekteb pedaqogikasi Magistr-1

Tələbənin tədris materialı üzərində müstəqil iş metodları.

Praktik işlərin icrası zamanı biliklərin tətbiqi mərhələlərlə baş verir. Tələbə əvvəlcə tapşırığın icrası zamanı mətnə və ya müəllimə müraciət edir, sonra tədricən hafizəsinə istinad etməyə başlayır. Bu yolla müəyyən əməliyyatlar avtomatlaşır.

Təlim materialı üzərində tələbənin iş metodları bir sıra əlamətlərinə görə aid edilir:

ixtiyari və qeyri-ixtiyari; əməliyyatların və formaların növləri; işin bir, yaxud bir neçə mərhələli olması və s.

Bu xarakteristikalara əsasən təlim materialı üzərində tələbənin iş metodlarını belə təsnif etmək olar:

- təlim materialını öyrənə-öyrənə qazanılmış bilikləri tətbiq etmək;

- tapşırıqların icra prosesində təlim materialı üzərində iş;

- mərhələli iş.

Təlim materialı üzərində tələbələrin müstəqil işləri didaktik oyunlarda kollektiv fəaliyyətin modelləşdirilməsi şəraitində həyata keçirilə bilər. Belə bir şəraitdə müəyyən rolu icra edən tələbə bu və ya digər tapşırığın, məsələnin həlli zamanı necə fəaliyyət göstərmək lazım olduğunu yaxşı bilir. Tələbə bu yolla tədricən gələcək əmək fəaliyyətinə hazırlanır, onun mütəxəssis kimi formalaşmasını təmin edilir.

Ümumiyyətlə, bu və ya digər fənnin, yaxud mövzunun tədrisi metodunu müəyyənləşdirərkən bütün təlim-tərbiyə metodlarının öyrədici, inkişafetdirici, tərbiyəedici, təhrikedici, diaqnostik funksiyaları əsas götürülməlidir.

Təlim metodunun öyrədici funksiyası onun təlim məqsədlərini həll etməsində, inkişafetdirici funksiyası təhsil alanların formalaşmasının müxtəlif səviyyələrini və tempini təmin etməsində, tərbiyəedici funksiyası şəxsiyyətin istiqamətini müəyyənləşdirməsində, təhrikedici funksiyası təlim-idrak motivlərini inkişaf etdirməsində, diaqnostik funksiyası nəzarət və korreksiya işini təmin etməsində özünü göstərir. Buradan nelə nəticə çıxır ki, təlim metodlarının “funksional yararlılığı” konkret şəraitdə eyni dərəcədə təzahür edə bilir.

Təlim metdou seçərkən onun öz funksiyalarını nə dərəcədə səmərəli yerinə yetirdiyi, başqa sözlə, “funksional yararlılığı” nəzərə alınmalıdır.



  1. Yüklə 0,49 Mb.

    Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin