Giriş mühazirələri - tələbələri tədris olunan elmin əsas elmi-nəzəri müddəaları ilə tanış edir, ona ehtiyac hissi aşılayır.
Motivləşdirici mühazirələr - tələbələri idrak fəaliyyətinə təhrik edir, elmə maraq oyadır.
Hazırlıq mühazirələri - tələbələri fikri əməliyyatlara, təfəkkür proseslərinə hazırlayır.
İnteqrativ mühazirələr - elm tam məntiqi sistem kimi inkişaf və dinamikada təqdim olunur, daha dərin nəzəri təhlil üçün şərait yaradılır.
Oriyentir (yönəldici) mühazirələr - tələbələr informasiya mənbələrinə istiqamətləndirilir, onlara müstəqil işlərlə bağlı göstərişlər, praktik tövsiyələr verilir.
Mühazirənin xarakterik xüsusiyyəti, onun binar, başqa sözlə, fəal ikitərəfli proses olmasıdır. Mühazirə müəllimin və tələbələrin fəaliyyətlərinin sadəcə mexaniki birliyi deyil, onların qarşılıqlı dialektik əlaqəsi prosesidir.
Mühazirənin digər mühüm kriteriyası onun fəal xarakter daşımasıdır. Bu, müəllimin öz mühazirəsini əsaslandırmasında, tələbələrlə pedaqoji ünsiyyətinin daim dəyişkən olmasında və tələbələrin müstəqiliyində təzahür edir.
Mühazirənin inkişafetdirici rolunu gücləndirmək və tələbələrinin fəallığını yüksəltmək məqəsdilə ali məktəbdə mühazirənin aşağıdakı formalarından istifadə olunur.
Dostları ilə paylaş: |