Mövzu Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və təqdiqat istiqamətləri


Mövzu 6. Ali məktəbdə təlimin təşkili formaları



Yüklə 0,49 Mb.
səhifə69/100
tarix02.01.2022
ölçüsü0,49 Mb.
#43468
1   ...   65   66   67   68   69   70   71   72   ...   100
Ali mekteb pedaqogikasi Magistr-1

Mövzu 6. Ali məktəbdə təlimin təşkili formaları.

Diaqnostlaşdırma və təlim nəticələrinin keyfiyyətcə qiymətləndirilməsi
Plan:

  1. Təlimin təşkili formaları haqqında ümumi məlumat. Mühazirə

  2. Seminar və praktik məşğələlər

  3. Ali məktəbdə tələbə müstəqil işləri

  4. Təlim nəticələrinin keyfiyyətcə qiymətləndirilməsi

  5. Tələbənin biliyinin çoxballı sistemlə qiymətləndirilməsi


1.Təlimin təşkili formaları haqqında ümumi məlumat. Mühazirə

Ali təhsil müəssisələrində istifadə olunan təlimin əsas ənənəvi təşkili formaları (tədris məşğələlərinin növləri) aşağıdakılardır:

Nəzəri məşğələlər: mühazirə; seminar məşğələsi; laborator işləri; ekskursiyalar; tələbələrin auditoriyada tədris materialı üzərində müstəqil işləri; tələbələrin auditoriyadankənar müstəqil işləri; konfranslar; məsləhətlər.

Praktik məşğələlər: praktik işlər; kurs işləri; buraxılış işləri; müxtəlif növ praktikalar; didaktik oyunlar.

Nəzarət forormaları: yoxlama işləri; fərdi söhbətlər; kollekvium; semestr imtahanları; kurs və buraxılış işlərinin müdafiəsi; dövlət (buraxılış) imtahanları; ixtisasla bağlı kompleks imtahanlar.

Göründüyü kimi, I qrup formalar, əsasən, nəzəri biliklərin verilməsinə, II qrup formalar, əsasən, müvafiq bacarıq və vərdişlərin aşkarlanmasına; III qrup formalar isə nəzarət-yoxlama, bilik və bacarıqları hesaba almanın təmin olunmasına xidmət edir. Mühazirə –leksiya (lektio) latın sözü olub, hərfi mənası “oxu” deməkdir.

Təsadüfi deyil ki, almanlar mühazirəni latınca “proelektio” (“izahlı oxu”) sözünə uyğun olaraq “vorlesunq” (“başqası qarşısında oxunan”) adlandırırdılar.

Mühazirələr tələbələri konkret elmin əsas nəzəri-elmi müddəaları ilə tanış edir, müstəqil işlərə və özünütəhsilə istiqamətləndirir.

Yaxşı qurulmuş mühazirə tələbəni düşündürür, mühazirə müddətində meydana çıxan suallara cavab tapmağa, diqqəti cəlb edən maraqlı və əhəmiyyəti müddəaları müəyyənləşdirməyə və yəqinləşdirməyə təhrik edir.

Mühazirəçi yüksək elmi erudisiyaya, nitq mədəniyyətinə, zövqlü görünüşə, zəngin mənəviyyata malikdirsə, tələbələrlə münasibətdə pedaqoji taktı gözləyərək, tələbələrin real səviyyəsinə enməyi bacarırsa, inam və nüfuza malikdirsə, onun mühazirəsi daha qüvvətli sirayətedici təsirə malik olur.

Ali məktəb mühazirələri qarşısında aşağıdakı didaktik vəzifələr durur:

- təlimin məqsəd və vəzifələrini müəyyənləşdirmək və mövzuya tələbat yaratmaq;

- yeni məlumatların, informasiyaların verilməsi və mənimsənilməsini təmin etmək;

- obyektiv hadisələri aşkarlamaq, nümayiş etdirmək;

- obyektiv hadisələr arasındakı kəmiyyət və keyfiyyət asılılıqları müəyyənləşdirmək;

- əsas hipotezləri müəyyənləşdirmək;

- öyrənilən elm sahəsinin aparıcı nəzəri problemlərini aşkarlamaq;

- intellektual bacarıq və vərdişlər aşılamaq;

- təlim motivlərini inkişaf etdirmək;

- elmi nəzəriyyənin müşahidə olunan gerçəkliklə və praktika ilə müqayisəsini vermək;

- tədris olunan elmin digər elmlərlə inteqrasiyasını təmin etmək.

Təlim prosesinin təşkilində oynadığı rola görə mühazirənin aşağıdakı növlərini qeyd etmək olar:




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin