Mövzu Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və təqdiqat istiqamətləri



Yüklə 0,49 Mb.
səhifə68/100
tarix02.01.2022
ölçüsü0,49 Mb.
#43468
1   ...   64   65   66   67   68   69   70   71   ...   100
Ali mekteb pedaqogikasi Magistr-1

Birinci səviyyədə müəllim problemi qoyur və həlli yollarını göstərir. Öyrənən onu alqoritm əsasında həll edir.

İkinci səviyyədə müəllim problemi qoyur, lakin həlli yollarını göstərmir. Öyrənən

problemi özü müstəqil olaraq həll edir.



Üçüncü, daha yüksək səviyyədə öyrənənlər müstəqil olaraq problemi aşkar edir, həlli metodunu müəyyənləşdirir və həll edirlər. Problemin müstəqil həlli təhsilalanın hazırlığından çox asılıdır.

İnkişafetdirici təlimin müvəffəqiyyətini təmin etmək məqsəsdilə şəxsiyyətin inkişafının xüsusiyyətlərini və onun qanunauyğunluqlarını nəzərə almaq lazımdır. Bu baxımdan aşağıdakıları qeyd etmək olar:

- Formalaşma və inkişaf şəxsiyyətin son dərəcə mühüm xüsusiyyətidir immanentlik xüsusiyyəti (immanentlik-lat. nəyinsə daxilində olan, nəyə isə xas olan deməkdir. Hər hansı predmetə, hadisəyə, prosesə xas olan bu və ya digər xassisəni, qanunauyğunluğu bildirən anlayış xüsisiyyəti).

- Şəxsiyyətin formalaşması və inkişafında irsiyyət amilinin rolu çox böyükdür –biogen xüsusiyyət.

- Şəxsiyyətin formalaşması və inkişafına sosial mühitin təsiri qaçılmazdır –sosiogen xüsusiyyət.

- Şəxsiyyət özünəməxsus xüsusiyyətləri, fərdi keyfiyyətləri, təkrarolunmaz fərdi inkişaf variantı olan unikal bir varlıqdır – fərdilik xüsusiyyəti.

- Şəxsiyyətin inkişafı ümumi dialektik qanunauyğunluqlar əsasında baş verir –mərhələli inkişaf.

- Hər bir şəxsiyyətin özünəməxsus inkişaf tempi var – inkişafın qeyri-bərabər və ziddiyyətli olması.

Beləliklə, məlum olur ki, inkişafetdirici təlimi təşkil edərkən, müvəffəqiyyət qazanmaq üçün həm şəxsiyyətin sinkişaf qanunauyğynluqlarını, həm də hər bir fərdin özünəməxsus xüsusiyyətlərini və inkişaf səviyyələrini nəzərə almaq lazımdır.

İnkişafetdirici təlim prosesində fərdin inkişafının xüsusiyyətlərini nəzərə almaq vacibdir.



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin