Mövzu 4. Ali məktəbdə təhsilin məzmununun pedaqoji-psixoloji əsasları
Plan:
Ali məktəbdə təhsil prosesinin məzmunu
Dövlət təhsil standartları
Təhsilin məzmununu əks etdirən normativ sənədlər
Ali məktəbdə təhsilin məzmununun təkmilləşdirilməsinin elmi əsasları
Ali məktəbdə təhsil prosesinin məzmunu
Təhsil haqqında Azərbaycan Respublikasının Qanununda təhsilə belə tərif verilir: “Sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsi”. Təhsil anlayışına təkcə təlimin nəticəsi kimi bilik, bacarıq və vərdişlər deyil, həm də insanın fəaliyyətində və ünsiyyətində mənəvi cəhətdən tənqidi düşünmək, yaradıcılıq nümünəsi göstərmək və qiymətləndirmək bacarığı daxildir. Buna insanı fəaliyyətin mühüm növlərinə daxil etməklə nail olunur. Təhsilin məzmunu təlim prosesinin komponentlərindəndir. Bu, elmi biliklər, bacarıq və vərdişlər sistemidir. Həmin sistemə yiyələnməklə şagirdlərin əqli və fiziki qabiliyyətlərinin hərtərəfli inkişafı, onların dünyagörüşünün, əxlaqının, nümunəvi davranış və rəftar tərzinin formalaşdırılması, ictimai həyata və əməyə hazırlanmasının məqsədlərindən və xarakterindən asılı olaraq, ümumi və peşə-ixtisas təhsili həyata keçirilir. Məktəbdə və digər təlim-tərbiyə müəssisələrində təhsilin məzmunu kurikulumlar, təhsil standartları, dövlət tədris planları, öyrənilən fənlər üzrə tədris proqramları və dərsliklərlə müəyyən olunur.Təhsilin məzmunu təlim metodlarını və təlimin təşkili formalarını müəyyənləşdirir, şəxsiyyətin istiqamətini formalaşdırır. Ona görə də təhsilin məzmununa, onun seçilməsi prinsiplərinə və didaktikada onun quruluşuna böyük əhəmiyyət verilir.
Təhsil prosesinin məzmunu – gənc nəslə nəyi öyrətmək sualına konkret cavabdır. Ali təhsilin məzmunu dedikdə, yüksək ixtisaslı mütəəxəssis və Vətəndaş-şəxsiyyət hazırlanması məqsədi ilə təhsil müəssisəsində verilən bilik, bacarıq və vərdişlər sistemi başa düşülür. Mütəəxəssis hazırlığının keyfiyyəti bu problemin həllindən çox asılıdır.
Təhsilin məzmunu deyilərkən elə bilik, bacarq və vərdişlər sistemi başa düşür ki, o, təhsil alanın ümumi inkişafını təmin etsin, intellektual, emosional, iradi və etik sferalarını inkişaf etdirsin, elmi dünyagörüşü formalaşdırsın, müstəqil həyata, istehsal əməyinə hazırlasın.
Təhsilin məzmunu tədris müəssisəsinin tipinə və onun qarşsında duran təhsil-tərbiyə məqsədlərinə görə müəyyən edilir. Digər tərəfdən, təhsilin məzmunu müəyyənləşdirilərkən, konkret tarixi dövrün inkişaf səviyyəsi və prespektiv istiqamətləri, dövlətin mənafeyi, cəmiyyət üzvlərinin tələb və maraqları nəzərə alınır.
Təhsilin məzmununda iki aspekt nəzərə alınır: bəşəri və milli. Bu, təhsilin məzmunu modernləşdirilərkən nəzərə alınan mühüm priioritetdir.
Təhsilin məzmunu çox komponentli, mürəkkəb sistem olub, bir sıra struktur elementlərindən ibarətdir. Bu strktur elementlərinə diqqət yetirək.
Dostları ilə paylaş: |