Mövzu Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və təqdiqat istiqamətləri



Yüklə 0,49 Mb.
səhifə1/100
tarix02.01.2022
ölçüsü0,49 Mb.
#43468
  1   2   3   4   5   6   7   8   9   ...   100
Ali mekteb pedaqogikasi Magistr-1


Mövzu 1. Ali məktəb pedaqogikasının predmeti,

kateqoriyaları və təqdiqat istiqamətləri
Plan:

1. Pedaqogika elminin predmeti və əsas kateqoriyaları

2. Pedaqogika elminin mənbələri və pedaqoji elmlər sistemi

3. Ali məktəb pedaqogikasının vəzifələri və əsas təqdiqat istiqamətləri

4. Əsas pedaqoji cərəyanlar


  1. Pedaqogika elminin predmeti və əsas kateqoriyaları

Müasir pedaqogika təhsilin müxtəlif texnologiyalarının konstruksiyası ilə məşğul olaraq real təlim mərkəzi və bu istiqamətdə axtarışların mərkəzinə milli və ümumbəşəri dəyərlərə yiyələnən şəxsiyyət tərbiyəsini qoyur. Pedaqogika elmi bu məqsədə çatmaq üçün dövlətin sosial-iqtisadi inkişafında, cəmiyyətin humanistləşdirilməsi demokratikləşdirilməsi prosesində təhsilin prioritet rolunu əsas götürür (lat.pirioritat-birinci, böyük).

Pedaqogika sosial elmdir. Pedaqogika elminin nəzəri və tətbiqi müddəaları məktəbdə təhsil-tərbiyə işinin əsasına qoyulur, onun tövsiyələri pedaqoji peşə sahiblərinin əmək fəaliyyətinə təsir edir. Adamların ümumi və peşə hazırlığı, ictimai istehsal iştirakçılarının yaradıcı potensialının inkişafı bu və ya digər pedaqoji məsələlərin həllindən asılıdır. Bu, o deməkdir ki, pedaqogika bilavasitə və bilvasitə maddi və mənəvi istehsala təsir edir.

Pedaqogika dövlətin ideologiyası və siyasəti ilə bağlıdır. Dövlətin ideologiyası və siyasətinin pedaqogika elminə, təhsil-tərbiyə müəssisələrinə təsiri ümumbəşəri dəyərləri inkar etmir. Təhsilin özü ümumbəşəri dəyərlərə aiddir.

Pedaqogika elminin tədqiq etdiyi obyektə uşaq, şagird, müəllim, valideyn, uşaq baxçaları, məktəb, ailə, ictimai mühit aiddir. Bu fikir tam elmi şərhini pedaqogikanın tədqiqat sahəsində tapır. Pedaqogikanın nə qədər tədqiqat sahəsi varsa, bir o qədər də tədqiqat obyekti vardır. Pedaqogika elmi obyektiv varlığın subyektiv – fərdi xüsusiyyətlərini öyrənir. Predmet (fənn) – insanı obyekt kimi elmi mövqedən şərh edir.

Pedaqogikanın predmeti ilə bağlı, müxtəlif fikirlər vardır. Bu barədə ən geniş yayılmış fikir belədir ki, pedaqogikanın predmeti tərbiyədir. Pedaqogika – tərbiyənin qanunauyğunluqları, tendensiyaları, haqqında elmdir. Burada tərbiyə ən azı dörd mənada işlədilir:

1) geniş sosial mənada (bütövlükdə cəmiyyətin, sosial mühitin şəxsiyyətə təsiri);

2) geniş pedaqoji mənada (bütün təhsil-tərbiyə sisteminin, pedaqoji prosesin şəxsiyyətə məqsədyönlü təsiri);

3) dar pedaqoji mənada (şəxsiyyətin istiqamətinin və psixi keyfiyyətlərinin formalaşdırılması);

4) daha dar (lokal) mənada (konkret tərbiyə vəzifələrinin – əxlaqi keyfiyyətlərin, estetik təsəvvürlərin və zövqlərin, mədəni davranış tərbiyəsinin formalaşdırılması).

Pedaqogikanın əsas anlayışları – təlim, təhsil, tərbiyə bəzən onun kateqoriyaları da hesab olunur.



Tərbiyə konkret tarixi proses olub, cəmiyyətin və dövlətin sosial-iqtisadi, siyasi və mədəni inkişaf səviyyəsi, hər bir millətin milli xüsusiyyətləri ilə şərtlənir.

Tərbiyə şəxsiyyətin məqsədyönlü və mütəşəkkil formalaşması prosesidir. Tərbiyə özünəməxsus xüsusiyyətləri olan ictimai hadisədir. Tərbiyə elə bir ictimai hadisədir ki. onsuz cəmiyyətin mövcudluğu və irəliyə doğru inkişafı mümkün deyil.

Tərbiyənin mühüm funksiyası gənc nəsli bəşəriyyətin tarix boyu yaratmış olduğu ictimai təcrübə ilə silahandırmaqdır. İctimai təcrübə deyərkən, bilik, bacarıq və vərdişlər sistemi, münasibətlər sistemi, yaradıcılıq təcrübəsi başa düşülür. İctimai təcrübə gənc nəslə əsasən təhsil vasitəsilə verilir.Təhsil tərbiyədən ayrılmazdır.

Orta əsr Şərq təsəvvürlərinə görə təlim və tərbiyə arasında qırılmaz qarşılıqlı əlaqə vardır: tərbiyə verməyən bilik odunsuz ocağa, bilik verməyən tərbiyə isə bədənsiz ruha bənzəyir.



Təhsil – Pedaqoji ədəbiyyatda təhsilə verilən təhriflər bir-birindən istifadə etibarilə nisbətən fərqli olsa da, ümumi nəticədə təhsil bilik, bacarıq və vərdişlərin məcmusu və ya təlimin nəticəsi kimi izah olunur. Lakin əgər təhsil, həqiqətən, bilik, bacarıq və vərdişlərin məcmusu və ya təlimin nəticəsi olsaydı, onda təlim prosesində iştirak edənlərin hamısının biliyi, bacarığı və vərdişi eyni səviyyədə olmalı idi. Çünki, təlim zamanı aparılan iş hamı üçün eyni səviyyədə həyata keçirilir. Lakin təcrübə isbat edir ki, həqiqətən, qazanılmış bilik, bacarıq və vərdişlər (təlimin nəticəsi) keyfiyyət etibarilə müxtəlif səviyyədə meydana çıxır. Beləliklə, təhsil sadəcə bilik, bacarıq və vərdişlərin məcmusu (toplusu) və ya təlimin nəticəsi deyil, təfəkkür prosesinin, əqli fəaliyyətin nəticəsidir.

Təhsil pedaqoji anlayışdır, pedaqoji prosesin tərkib hissəsidir. Cəmiyyətin elə təbəqəsi, elə qurumu yoxdur ki, təhsildən kənarda qalsın.

Deməli, təhsil – mövcud təhsil sisteminin hər bir pilləsində müvafiq zaman çərçivəsində, nəzərdə tutulan həcmdə qazanılan bilik, bacarıq və vərdişlərin səviyyəsində intellektin əqli və fiziki cəhətdən inkişaf etdirilməsidir.

Təlim - ərəb sözüdür, mənası “öyrətmək” deməkdir, rus dilində “obuçeniye” öyrətmək və yunan dilində “didaktika”nın mənası “öyrədirəm” deməkdir.

Didaktika elmi termin kimi XVI əsrin axırlarında alman pedaqoqu Volfanq Ratki tərəfindən elmə gətirilmişdir. Bu fikri Y. A. Komenski “Böyük didaktika” əsərində “hər şeyi hamıya necə öyrətməyin nəzəriyyəsi” kimi daha da inkişaf etdirərək ”Böyük didaktika” anlayışını yaratmışdır.




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin