Mövzu Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və təqdiqat istiqamətləri


Təlim müəllim və təhsilalanların xüsusi təşkil olunmuş prosesdə məqsədli və idarəolunan qarşılıqlı fəaliyyətidir



Yüklə 0,49 Mb.
səhifə2/100
tarix02.01.2022
ölçüsü0,49 Mb.
#43468
1   2   3   4   5   6   7   8   9   ...   100
Ali mekteb pedaqogikasi Magistr-1

Təlim müəllim və təhsilalanların xüsusi təşkil olunmuş prosesdə məqsədli və idarəolunan qarşılıqlı fəaliyyətidir. Təlim təhsilalma prosesidir. Təlim prosesində öyrənənlər elmi bilikləri mənimsəyir, müəyyən bacarıq və vərdişlər əldə edirlər. Təlim təhsil verməklə yanaşı, həm tərbiyəedici, həm inkişafetdirici, həm formalaşdırıcı, həm də nəzarətedici funksiya daşıyır.

Formalaşma ekoloji, sosial, iqtisadi, ideoloji, psixoloji və s. amillərin təsiri altında insanın sosial varlıq kimi təşəkkülü prosesidir. Mütəşəkkil təhsil-tərbiyə şəxsiyyətin formalaşmasının mühüm amillərindən biridir.



İnkişaf daxili və xarici ziddiyətlərin mübarizəsi nəticəsində şəxsiyyətin fiziki, əqli və mənəvi imkanlarının kəmiyyət və keyfiyylət dəyişilməsi prosesidir. İnkişaf mürəkkəb bir proses olub, insanın idarə olunan və idarə edilə bilməyən daxili və xarici, təbii (irsi), sosial və psixoloji faktorların təsiri ilə formalaşması və təşəkkül tapma prosesidir. İnkişaf insanın həyatı boyu bir şəxsiyyət kimi təşəkkülünü təmin edir. Müasir elm bu prosesi dərindən öyrənmək üçün şəxsiyyətin inkişafının fiziki, psixi, mənəvi, sosial və digər komponentlərini (tərəflərini) göstərmişdir. Elmdə insanın bioloji, psixoloji və sosial inkişafı anlayışları işlədilir. Pedaqogika şəxsiyyətin inkişafının həmin komponentləri ilə qarşılıqlı əlaqədə onun mənəvi inkişaf problemlərini də öyrənir.

Pedaqogikanın ənənəvi kateqoriyaları sırasına son dövrlər pedaqoji proqnozlaşdırma və pedaqoji texnologiyalar da daxil edilir.



Proqnozlaşdırma (yun. proqnosis- uzaqgörənlik, əvvəlcədən xəbər vermə) pedaqoji prosesin məzmun və məqsədlərinəsistemli proqnostikyanaşma mütəxəssislərin peşə və hazırlıq səviyyəsinin düzgün müəyyənləşdirilməsin, dəyişdirilməsinə çevik və dərhal düzəlişlər etməyə, insanın tərbiyəsi, təhsili və inkişafı prosesini düzgün istiqamətləndirməyə və nizamlamağa şərait yaradır. Proqnozlzşdırma olmadan ixtisaslaşmanın optimal stukturunu qurmaq, uyğun olaraq təhsilin məzmununu yeniləşdirmək, kadr hazırlığını və yenidənhazırlamanı təmin etmək mümkün deyil.


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin