Praqmatizm (yun. iş, əməl deməkdir) subyektiv fəlsəfənin bir qolu kimi cəmiyyətdə bütün fəaliyyətin əsasını subyektiv mənada başa düşülən əməldə, təcrübədə görür.
Praqmatizm pedaqogikası təlimin, tərbiyə və təhsilin məzmununu uşaq müşahidəsinə əsasən müəyyənləşdirir. Təbiət və cəmiyyətdə hökm sürən obyektiv qanunauyğunluqların başa düşülməsinə kömək edən nəzəri biliklərin öyrədilməsini məsləhət görmür. (Görkəmli nümayəndələri ABŞ-da Con Dyui, Vilyam Kilpatrikdir).
C.Dyuinin fikrincə, anlayışlar, ideyalar, nəzəriyyələr yalnız praktik fəaliyyət üçün yaradıldıqda faydalı hesab oluna bilər.
V.Kilpatrik qeyd edir ki, həqiqət obyektiv ola bilməz, çünki dəyişkəndir. O, tədqiqatda yalnız eksperimenti qəbul edir. V.Kilpatrik “layihələr metodu”nun nəzəriyyəçilərindən biridir.
Praqmatizm pedaqogikası cəmiyyəti yeniləşdirmək üçün tərbiyəni əsas sayır.
Dostları ilə paylaş: |