Ali məktəb pedaqogikasının vəzifələri və əsas təqdiqat istiqamətləri
Ali məktəb pedaqogikası – tələbə şəxsiyyətinin inkişafının və şəxsiyyət-mütəxəssis kimi hazırlığının nəzəri və praktik problemlərini öyrənməklə məşğul olur. Onun predmeti ali məktəbdə pedaqoji proses təşkil edir.
Ali məktəb pedaqogikasının vəzifələri aşağıdakılardır:
-İxtisasla bağlı bilik, bacarıq və vərdişlərin mənimsənilməsinin ən səmərəli yollarının müəyyənləşdirilməsi;
-Tələbələrin təlim-idrak fəaliyyətinin psixi proseslərin fəallaşdırılması əsasında təşkili və idarə olunması;
-Təhsilin məzmununun müasir dövün tələbləri baxımından seçilməsi;
-Təlim metodlarının təkmilləşdirilməsi istiqamətlərinin psixoloji baxımdan əsaslandırılması;
-Tələbələrin elmi-tədqiqatçılıq fəaliyyətin səmərəli təşkili yollarının müəyyənləşdirilməsi;
-Tələbələrə müxtəlif pedaqoji təsirlərin və nəticələrin psixoloji təhlili.
Ali məktəb pedaqogikasının tədqiqat istiqamətləri aşağıdakıllardır:
-Ali təhsil müəssisəsində təlim prosesinin elmi surətdə təşkili və idarə olunması;
-Tələbələrin təlim-idrak fəaliyyətinin pedaqoji-psixoloji əsaslarının öyrənilməsi;
-Tələbə sərbəst iş metodlarının modernləşdirilməsi və onları yaradıcı təfəkkür fəaliyyətinə cəlb etmək;
-Ali məktəbdə təlim prosesinin komponentlərinin təkmilləşdirilməsi;
-Ali məktəbdə tələbə elmi işlərinin təşkili metodikası;
-Ali təhsil müəssisələrində təlimin ən müasir texniki vəsaitlərinin tətbiqi metodikasının işlənilməsi;
-Ali məktəb pedaqogikasının yaranması və inkişafı tarixinin araşdırılması.
Cəmiyyətin, elmin, texnikanın müasir inkişafı ali məktəb pedaqogikası yeni tədqiqatlara istiqamətləndirir. Bu prioritet istiqamətləri belə ümumiləşdirmək olar:
-Sivil cəmiyyətdə ali təhsilin rolunun artması;
-Ali məktəbdə fundamental təhsilin həyata keçirilməsi;
-Ali məktəbdə təhsilin humanistəşdiilməsi və humanitarlaşdırılması;
-Ali məktəbdə pedaqoji diaqnostika və ən yeni pedaqoji texnologiyalarının tətbiqi;
-Distant (lat. distantia-məsafə) təlim;
-Virtual (lat. virtalis-qüvvətli, qabiliyyətli) təlim;
-Tədris fənninin məzmununun modul quruluşu;
-Pedaqoji prosesin keyfiyyətinin diaqnostikası;
-Ali peşə-ixtisas təhsili keyfiyyətinin idarə olunması texnologiyası və s.
Dostları ilə paylaş: |