Pedaqoji texnologiya (yun. texne- incəsənət, ustalıq, bacarıq və loqos- təlim, elm deməkdir) dedikdə pedaqoji prosesin qarşıya qoyulmuş məqsədlərə uyğun olaraq bilik, bacarıq, vərdiş və münasibətləri formalaşdırmaq və onlara nəzarəti həyata keçirmək üçün əməliyyatlar komplekti başa düşülür.
2. Pedaqogika elminin mənbələri və pedaqoji elmlər sistemi
Pedaqogika elminin mənbələrinə aşağıdakılar daxildir:
1.Xalqın təlim, tərbiyə və təhsil haqqında, insan şəxsiyyətinin formalaşmasına dair fikirləri pedaqogikanın ən qiymətli mənbəyidir.
2.Klassik pedaqoqların əsərlərindən, səmavi dini kitablardan pedaqogika bir mənbə kimi istifadə edir.
3.Azərbaycan dövləti və hökumətinin məktəb, müəllim, təhsil haqqındakı göstəriş və qərarları, habelə Azərbaycan Respublikasının Kanstitutsiyası və s. hüquqi sənədlər pedaqogikanın qiymətli mənbələrindəndir.
4.Qabaqcıl məktəb, müəllim təcrübəsinin öyrənilməsi mühüm mənbədir.
5.Məktəb sənədləri, elmi-praktik konfransların materialları, şagirdlərin yaradıcılıq məhsulları (inşalar, texniki yaradıcılıq, əl işləri, modellər və s.) pedaqogikanın mənbələridir.
Pedaqogika elminin sürətlə diferensiasiyası nəticəsində o, artıq adicə pedaqogika yox, ümumi pedaqogika statusunu almışdır.
Pedaqogika elminin sistemini aşağıdakı ardıcıllıqla şərh etmək olar: körpəlik pedaqogikası, məktəbəqədər pedaqogika, məktəb pedaqogikası, peşə-texniki təhsil pedaqogikası, orta ixtisas təhsili pedaqogikası, ali məktəb pedaqogikası, incəsənət pedaqogikası, istehsalat pedaqogikası, hərbi pedaqogika, sosial pedaqogika, ahıllar pedaqogikası, islah-əmək pedaqogikası, müqayisəli pedaqogika (təhsil və tərbiyə sistemlərinin fəaliyyətini və inkişafını müqayisəli şəkildə öyrənir), xüsusi pedaqogika (surdopedaqogika-lal və karların, tiflopedaqogika-korların, oliqofrenopedaqogika-ağıldan kəmlərin, loqopediya-nitqi qüsurlu olanların təlim-tərbiyə məsələlərini öyrənir), tibbi pedaqogika, ailə pedaqogikası, idman pedaqogikası, pedaqogika tarixi.
Dostları ilə paylaş: |