Mövzu Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və təqdiqat istiqamətləri



Yüklə 0,49 Mb.
səhifə100/100
tarix02.01.2022
ölçüsü0,49 Mb.
#43468
1   ...   92   93   94   95   96   97   98   99   100
Ali mekteb pedaqogikasi Magistr-1

Kafedra – ali məktəbin (fakültənin) əsas tədris-elm struktur bölməsi olub, bir və ya bir neçə yaxın fənlər üzrə tədris-metodiki və elmi-tədqiqat, elmi-pedaqoji və elmi işçilərin hazırlanması, ixtisaslarının artırılması, təhsil alanlar arasında tərbiyə işlərini həyata keçirir.

Müəyyən ixtisaslar üzrə kafedralar minimum 3000 saat dərs yükü ştatında, minimum 3 nəfərin elmi adı və dərəcəsi olduqda yaradılır. Kafedraların yaradılması və fəaliyyəti üçün lazım olan dərs yükü hesablandıqda kurs, buraxılış və dissertasiya işlərinə rəhbərlik, imtahan və məsləhətlər üzrə ayrılan saatlar nəzərə alınmır. Kafedraya ümumi rəhbərlik elmi dərəcəsi və elmi adı olan kafedra müdiri tərəfindən həyata keçirilir.


Kafedra müdiri mühazirələrin, seminar, laborator və praktik məşğələlərin və s. təşkili və keçirilməsində kafedra üzvlərinə rəhbərlik edir.

Yekun (buraxılış) imtahanlarına, istehsalat praktikasına, tələbələrin müstəqil işlərinə, kurs imtahanlarının keçirilməsinə, tələbələr arasında tərbiyəvi işlərin təşkilinə rəhbərlik və nəzarət də kafedra müdiri tərəfindən həyata keçirilir.

Kafedra müdiri kafedranın professor-müəllim heyətinin dərs yükünün bölgüsünü, müzakirəsi və təsdiqini təşkil edir. Professor-müəllim heyətinin fərdi və təqvim planlarını təsdiq edir; kafedrada tədris olunan fənlər üzrə tədris proqramlarının işlənib hazırlanmasına rəhbərlik edir və təsdiq etdirir. Bu proqramlara uyğun dərsliklərin, tədris-metodiki və tədris vəsaitlərinin hazırlanmasını təmin edir; kafedralararası əlaqələr yaradır; professor-müəllim heyətinin və tələbələrin elmi-tədqiqat işləri aparması üçün şərait yaradır; tamamlanmış elmi-tədqiqat işlərinin müzakirəsini keçirir və nəticələrinin istehsalatda tətbiqinə nəzarət edir.

Kafedra müdiri professor-müəllim heyətinin seçkiləri ilə bağlı kafedrada müzakirə təşkil edir, kafedrada vakant yerlərə və saathesabı işləyənlərə təqdimat verir.

Ali məktəb rəhbərliyinin göndərişi ilə daxil olmuş kənar tədqiqatçıların, həmçinin kafedra əməkdaşlarının müdafiəyə təqdim etdiyi dissertasiyaların müzakirəsini təşkil edir.

Vəzifəsi ilə bağlı funksiyaları düzgün və uğurla həll etmək üçün kafedra müdiri aşağıdakıları bilməlidir:



  • təhsil-tərbiyə, xüsusən ali təhsillə bağlı dövlət və hökumətin qərar, əmr və göstərişlərini;

  • ali təhsil sistemi ilə bağlı normativ sənədləri, metodiki tövsiyələri;

  • tədris planlarının tərtibi qaydalarını, dərs yükünü bölməyi;

  • kafedranın təlimdənkənar işlərinin məzmununu;

  • müəllim və tələbələrin elmi-tədqiqat işlərinə rəhbərlik qaydalarını, doktorantlara rəhbərlik etməyi və s.

Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin