3.Fakültə dekanı və kafedra müdiri
Fakültə ali təhsil müəssisəsinin tədris, elm və inzibati bölməsi olub, eyni sahə və istiqamət daxilindəki bir və ya bir-birinə yaxın olan bir neçə ixtisas üzrə bakalavr, magistr, doktorant hazırlanması, müvafiq sahə üzrə rəhbər işçilərin, kadrların ixtisasının artırılması və yenudən hazırlanması işini həyata keçirir.
Fakültə ali təhsil müəssisəsinin Elmi Şurası tərəfindən yaradılır. Müəyyən ixtisas və ya istiqamətlər üzrə fakültələr tələbələrin sayı (bakalavr və magistr birlikdə) 300 nəfərdən çox (bundan 200 nəfərdən çoxu əyani şöbədə) olduqda yaradılır.
Fakültənin fəaliyyətinə dair məsələlərə baxmaq üçün dekanın sədrliyi ilə mövcud qaydada təşkil olunmuş Elmi Şura fəaliyyət göstərir. Fakültə Elmi Şurası ali təhsil müəssisəsinin başçısının əmrinə əsasən 3 il müddətinə seçilir. Fakültə Elmi Şurasının tərkibi rektor tərəfindən təsdiq olunur. Dekan həmin ali məktəbin ştatında olan professor və ya dosentlər sırasından 4 il müddətinə (ardıcıl iki dəfədən çox olmayaraq) seçilir. Dekan fakültənin profilinə uyğun mütəxəssis olmalıdır.
Dekan fakültə Elmi Şurasında vəzifəyə seçkilər – müəllim, baş müəllim, dosent və başqa vəzifələrin seçkisi üçün tam cavabdehdir. O, fakültə və kafedralararası elmi və elmi-metodiki konfransları, elmi seminarları təşkil edir, tələbələrin və əməkdaşların elmi-metodiki işlərinə şərait yaradır və hesabatlarını tələb edir.
Dekan fakültə üzrə cədvəl tərtibi üçün də məsuliyyət daşıyır. Məşğələlərin cədvəli ali təhsil müəssisəsində təlim prosesinin gedişini özündə əks etdirən güzgüdür.
Dekan öz vəzifə borcu ilə əlaqədar aşağıdakıları bilməlidir:
təhsil-tərbiyə ilə bağlı hökumətin qərar və göstərişlərini;
təhsillə bağlı normativ sənədləri və metodiki tövsiyələri;
tədris planlarının və proqramlarının tərtibi qaydalarını;
təhsillə bağlı xarici ölkələrdə qazanılmış son nailiyyətləri;
tələbələrə təqaüdün verilməsi prinsiplərini;
tələbələrin tərbiyəsi və istirahəti üçün lazımi tədbirlər görməyi.
Dostları ilə paylaş: |