Mövzu Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və təqdiqat istiqamətləri


Mövzu 8. Ali məktəbə rəhbərlik və pedaqoji nəzarət



Yüklə 0,49 Mb.
səhifə95/100
tarix02.01.2022
ölçüsü0,49 Mb.
#43468
1   ...   92   93   94   95   96   97   98   99   100
Ali mekteb pedaqogikasi Magistr-1

Mövzu 8. Ali məktəbə rəhbərlik və pedaqoji nəzarət
Plan:

  1. Ali məktəb fəaliyyətinin əsasları

  2. Ali məktəbin Elmi Şurası və rektoru

  3. Fakültə dekanı və kafedra müdiri


1.Ali məktəb fəaliyyətinin əsasları
Ali məktəb öz fəaliyyətində aşağıdakı sənədləri əsas götürür:

  • Azərbaycan Respublikasının Konstitusiyası.

Azərbaycan Respublikasının Əsas Qanunu insan hüquqları və azadlıqlarını ifadə edir və ona təminat verir.

Konstitusiyanın 42-ci maddəsində yazılır:



  1. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır.

  2. Dövlət pulsuz, icbari, ümumi orta təhsil almaq hüququnu təmin edir.

  3. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir.

  4. Maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsilini davam etdirməsinə dövlət zəmanət verir.

  5. Dövlət minimum təhsil standartlarını müəyyən edir.

Bu müddəalara istinad edən ali məktəb öz fəaliyyətini təkcə bu günün deyil, həm də gələcəyin tələbləri əsasında qurmağa çalışır, dünya təhsil sisteminə inteqrasiya edərək, elmi surətdə əsaslandırılmış islahatlar keçirir; pedaqoji istiqamətləri təkmilləşdirməyə çalışır; təhsil alanlarda analitik, tənqidi, konstruktiv xarakterli düşüncə tərzi formalaşdırmaq məqsədilə innovasiya təlim metodları yaradır; professor-müəllim heyətinin professional-pedaqoji mədəniyyətini və yeni təlim texnologiyaları səviyyəsini yüksəltməyə səy edir.

Konstitusiyanın “Vətənə sədaqət müqəddəsdir”, “Hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə – bayrağına, gerbinə və himninə hörmət etməlidir” (maddə 75); “Vətəni müdafiə hər bir vətəndaşın borcudur” (maddə 76) maddələrini əsas götürən ali məktəb təkcə mükəmməl təhsil almış yüksək ixtisaslı kadrlar hazırlığı qayğısına qalmır. Həm də Respublikamızın inkişaf etmiş dünya dövlətləri səviyyəsinə qalxması üçün bütün potensial imkanlarından istifadə edən. doğma yurdumuzun düşmənlərdən qorunması üçün mübarizəyə hazır olan vətəndaşlar formalaşdırır.


1   ...   92   93   94   95   96   97   98   99   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin