Mövzu Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və təqdiqat istiqamətləri



Yüklə 0,49 Mb.
səhifə94/100
tarix02.01.2022
ölçüsü0,49 Mb.
#43468
1   ...   90   91   92   93   94   95   96   97   ...   100
Ali mekteb pedaqogikasi Magistr-1

Tələbə kollektivi – hər bir üzvünün daxili aləminin inkişafı, bütovlükdə cəmiyyətdə baş verən sosial-iqtisadi-ideoloji dəyişmələr. ətraf mühitin psixoloji iqlimi , pedaqoji rəhbərliyin xarakterilə şərtlənən və daim inkişafda olan dinamik sistemdir.

A.S.Makarenkonun kollektivin inkişaf qanunauyğunluqları haqqındakı mülahizələri eyniylə tələbə kollektivinə də aid edilə bilər:

- Kollektivin hərəkət qanunauyğunluğu.

- Aşkarlıq, məsuliyyətli asılılıq.

- Kollektivin çoxmərhələli formalaşdırılması texnologiyası.

A.S.Makarenkonun kollektiv haqqında təlimə istinadən tələbənin kamil mütəxəssis və fəal həyat mövqeyinə malik şəxsiyyət kimi formalaşmasını təmin etmək məqsədi ilə ali təhsil müəsisəsinin pedoqoji kollektivinin aşağıdakı funksiyalarını qeyd edə bilərik:

- Kollektivin gümrahlığı, nikbinliyi və fəaliyyətə səfərbər vəziyyətdə olması;

- Kollektiv tərəfindən müdafiə edildiyini, hüquq və imtiyazlarının, dəyərlərinin və sərvət meyllərinin qorunduğunun dərk edilməsi;

- Şəxsi “mən”in və “biz”in ahəngdarlığı, şəxsi ləyaqətin və nüfuzun kollektiv üçün qürur hissi ilə birləşməsi;

- Kollektivin normal və tələblərinə, qaydalarına və ənənələrinə könüllü surətdə tabe olmaq, bunların şəxsi davranışın kriteriyaları kimi qəbul edilməsi.

Deməli, tələbənin gələcək mütəxəssis kimi inkişafını təmin etmək məqsədi ilə, ali təhsil müəssisəsində möhkəm pedoqoji kollektivin yaranmasını təmin etmək və onu sosial pedoqoji sistem kimi inkişaf etdirmək lazımdır.


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin