Mövzu Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və təqdiqat istiqamətləri



Yüklə 0,49 Mb.
səhifə93/100
tarix02.01.2022
ölçüsü0,49 Mb.
#43468
1   ...   89   90   91   92   93   94   95   96   ...   100
Ali mekteb pedaqogikasi Magistr-1

Üzvlük qrupu elə bir qrupdur ki, fərd və özü özlüvündə onun yalnız iştirakçısıdır. Bu mənada üzvlük qrupunu iştirak qrupuda adlandırmaq olar. Üzvlük qrupları kiçik qrupların nisbətən geniş yayılmış növüdür. Əlverişli şəraitdə üzvlük qrupu – referant qrupa çevrilə bilər.

Referant qrup dedikdə, elə qrup nəzərdə tutulur ki, fərd onun standartlarını, norma və dərlərini etalon kimi qəbul edir, onları özünün şəxsi məqsəd və davranış normalarının mənbəyi kimi qəbul edilir. Bu mənada referant qrup – etalon qrupdur.

Ümumiyyətlə, şəxsiyyətin inkişafı referant qrupların hər birində daşıdığı roldan və öz roluna bəslədiyi münasibətdən asılıdır.

Sosial qruplar özlərinin inkişaf səviyyəsi ilə bir birindən fərqlənirlər. İnkişaf etmiş qrupun ən yüksək forması kollektivdir. Hər bir kollektiv qrup hesab oluna bilər. Amma hər bir qrup heç də həmişə kollektiv adlandırıla bilməz.

Kollektiv – cəmiyyətin bir hissəsi olan, birgə fəaliyyətin ümumi məqsədnən tabe olan insan qrupudur. Kollektivə xas olan əsas əlamətlər eyniylə tələbə kollektivinə də aiddir. Bu əlamətlər aşağıdakılardır.


  • Kollektivin qarşısında sosial əhəmiyyətli vəzifələrin qoyulması;

  • Ümumi birgə fəaliyyət;

  • Kollektiv üzvləri arasında qarşılıqlı asılılıq;

  • Kollektivin səlahiyyətli üzvlərinin olması;

  • Kollektiv daxili psixoloji iqlimin yaradılması;

  • Kollektivdə qarşılıqlı anlaşmanın hökm sürməsi;

  • Kollektivdə şəxsi və ictimai mənafelər ahəngdarlıq təşkil etməlidir.

Tələbə kollektivi deyərkən, sosial əhəmiyyətli ümumi məqsəd uğrunda birgə mübarizə aparan, ümumi seçkili orqanlara malik olan, qarşılıqlı asılılığı, məsuliyyəti ilə seçilən, bütün üzvlərinin hüquqları eyni dərəcədə qorunan qrup başa düşülür.

Tələbə kollektivi – özünün hər bir üzvünə münasibətdə tərbiyə subyektidir.

A.S.Makarenko üç cür perspektiv məqsədlər müəyyən etmişdi: uzun, orta və yaxın. Buna istinadən tələbə kollektivi qarşısında uzaq və ona doğru hərəkəti təmin edən orta və yaxın perspektivlər qoyulmalıdır. “Perspektiv xətlər sistemi” kollektivin bütün həyatına nüfuz etməlidir.

- Tələbə qrupları və ali məktəb kollektivi.

- Tələbə kollektivinə pedaqoji rəhbərlik.


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin