Müəllim-tələbə ünsiyyətinin səmərəliliyini təmin edən digər şərtlər aşağıdakılardır:
müəllimin yüksək erudisiyaya malik olması, öz ixtisasını dərindən bilməsi və onu təqdim etməyi bacarması;
müəllimin pedaqoji məharəti;
müəllimin bir şəxsiyyət kimi malik olduğu müsbət keyfiyyətlər, vətəndaşlıq mövqeyi və şəxsi nümunəsi;
müəllimin-tələbəyə, tələbənin-müəllimə inam və etibarı;
müəllimin tələbələrin problemlərini düzgün başa düşməsi, onların tələblərinə adekvat cavab verməsi, tələbə şəxsiyyətinə hörmət və tələbkarlıqla yanaşması, öz səhvlərini etiraf etməyi bacarması;
tələbə qruplarında yarana biləcək konfliktlərin qarşısının alınması, baş vermiş anlaşılmazlıqların düzgün və ədalətli həll olması;
müəllimin əməkdaşlıq pedaqogikasını yaxşı bilməsi və öz fəaliyyətində ona əsaslanması və s.