Mövzu Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və təqdiqat istiqamətləri


Mövzu 7. Ali məktəbdə tərbiyə prosesi



Yüklə 0,49 Mb.
səhifə86/100
tarix02.01.2022
ölçüsü0,49 Mb.
#43468
1   ...   82   83   84   85   86   87   88   89   ...   100
Ali mekteb pedaqogikasi Magistr-1

Mövzu 7. Ali məktəbdə tərbiyə prosesi.

Tələbə kollektivi və şəxsiyyətlərarası münasibətlər
Plan:

  1. Tələbə şəxsiyyəti və onun xüsusiyyətləri

  2. Pedaqoji ünsiyyətin tələbə şəxsiyyətinin formalaşmasına təsiri

  3. Tələbə qrupu anlayışı və onun xarakteristikası

  4. Tələbə qrupu və onun mütəxəssisə məxsus şəxsi keyfiyyətlərin

formalaşmasına təsiri
1.Tələbə şəxsiyyəti və onun xüsusiyyətləri

Tələbə –lat.”student” (səylə işləyən, biliklərə yiyələnən), ərəb.”talib” (tələb edənlər) sözlərindən götürülüb, ali məktəbə və orta ixtisas təhsil müəssisələrinə daxil olan, müxtəlif əmək sahələri üzrə yüksək ixtisaslı mütəxəssis kimi hazırlanan şəxsdir. Tələbəlik cəmiyyətin böyük hissəsini təşkil edən, daim artan, ziyalılar ordusunu zənginləşdirən xüsusi mobil sosial qrupdur. Tələbə fəaliyyətinin əsas məqsədi maddi və mənəvi istehsal sahəsində yüksək peşə-ixtisas və sosial vəzifələrin yerinə yetirilməsinə hazırlıqdır.

Tələbə həyatının əsas fəaliyyət sferası təlimdir. O, ali məktəbdə təhsil illərində öz intellektinin, mənəvi, əxlaqi, estetik, fiziki, iradi keyfiyyətlərinin inkişafı qayğısına qalmalı, seçdiyi peşəyə hörmət etməli, yüksək ixtisaslı mütəxəssis üçün zəruri olan bilik, bacarıq və vərdişlərə, davranış normalarına yiyələnməlidir.

Tələbəlik dövrünün əsas xüsusiyyətləri şüurlu motivlərin güclənməsi, davranışın sabitləşməsi, özünütəhlil, özünüqiymətləndirmə və özünütərbiyənin daha məqsədyönlüyündə özünü göstərir. Tələbəlik ictimai fəallıq dövrüdür. “İctimai fəallıq”deyərkən, insanın müstəqil istehsal fəaliyyətinə qoşulması, əmək fəaliyyətinə başlaması, ailənin qurulması və s. başa düşülür.

Bazar iqtisadiyyatı dövrünün tələblərinə uyğun olaraq müasir tələbələrdə aşağıdakı xüsusiyyətlər özünü büruzə verir:


  • müasir tələbələr təlimdə tənbəldir (bunu özləri də etiraf edirlər);

  • özləri haqqında yüksək fikirdədirlər;

  • özlərinə qarşı tələbkar deyillər;

  • intellektual səviyyələri aşağıdır;

  • erudisiyaları məhduddur.

Lakin müasir tələbələrin “itkiləri” ilə yanaşı “qazancları” daha üstündür:

  • daha artıq müstəqildirlər;

  • daha cəsarətli və qətiyyətlidirlər;

  • daha artıq uzaqgörəndirlər;

  • müəllimə qarşı daha tələbkardırlar;

  • öz hüquqlarına yaxşı bələddirlər və onları müdafiə etməyi bacarırlar (halbuki öz vəzifələrini kifayət qədər bilmirlər, yaxud da bilmək istəmirlər, bununla əlaqədar məsuliyyət hissi çox aşağıdır).


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin