Mənimsəmənin üçüncü səviyyəsində – tələbətədris edilmiş metodika və ardıcıllıq əsasında yeni məzmunlu tapşırıqları icra edir və qazandığı biliyi tətbiq etməyi bacarır. Fəaliyyətin dəfələrlə təkrarı nıticəsində onun bəzi elementləri avtomatlaşaraq vərdişə çevrilir. Deməli, bu səviyyədə bacarıq və vərdişlər formalaşır.
Mənimsəmənin dördüncü səviyyəsi – yaradıcılıqdır. Bu mərhələdə tələbə produktiv fəaliyyət göstərir. Bu səviyyəyə nail olmaq üçün tələbənin bilik, bacarıq və vərdişlərinin geniş əhatə dairəsinə malik olması kifayət deyil. Ona bilikləri müstəqil surətdə əldə etmək yollarını öyrətmək lazımdır. Bu məqsədlə tələbələri təlim prosesində elmi-tədqiqat, fəaliyyətə cəlb etmək, onlarda təlim idrak maraqlarını inkişaf etdirmək lazımdır.