4. Təlim nəticələrinin keyfiyyətcə qiymətləndirilməsi Pedaqoji prosesdə diaqnostika ənənəvi təlim prosesində nəzarət mənasını verir. Diaqnostikasız didaktik prosesi effektiv surətdə idarə etmək, optimal nəticələrə nail olmaq mümkün deyil.
Diaqnostika– təhsil alanların bilik və bacarıqlarının ənənəvi yoxlanması və qiymətləndirilməsi anlayışından daha geniş və daha dəyərlidir. Biliklərin sadəcə yoxlanması və qiymətləndirilməsi təlim prosesinin gedişini aşkarlamağa imkan vermir. Diaqnostlaşdırma isə özündə nəzarət, yoxlama, qiymətləndirmə, statistik məlumatların toplanması, onların təhlili dinamikası və istiqamətlərinin müəyyənləşdirilməsi, sonrakı inkişafın proqnozlaşdırılması kimi elemntləri özündə birləşdirən mürəkkəb sistemdir.