Mövzu Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və təqdiqat istiqamətləri



Yüklə 0,49 Mb.
səhifə77/100
tarix02.01.2022
ölçüsü0,49 Mb.
#43468
1   ...   73   74   75   76   77   78   79   80   ...   100
Ali mekteb pedaqogikasi Magistr-1

Proseminar (seminarqabağı seminar) – bir qayda olaraq birinci kurslarda gələcək seminar məşğələlərinə hazırlıq məqsədi daşıyır. Bunun məzmununa – tələbələri müstəqil işin mahiyyəti, ilk mənbələr və ədəbiyyat üzərində iş metodikası ilə tanış etmək daxildir. Burada əsas diqqəti tələbənin ilk mənbələr üzərində yaradıcı surətdə işləmək bacarığının formalaşdırılmasına, kitabın “üzünü köçürmək” kimi zərərli iş formasından uzaqlaşdırılmasına yönəltmək lazımdır.

Seminar-oxu – ixtisas hazırlığı ilə bağlı yeni informasiyanın oxunması, şərhi və lazımi qeydlər götürülməsi formasında təşkil olunur. İxtisasla bağlı innovasiyalarla tanışlıqdan sonra seminar-sorğuseminar-müsahibə keçirmək olar. Seminar-sorğu tələbələrin informasiyaları necə mənimsədiyini yoxlamağa, seminar-müsahibə isə tələbələrin onlara təqdim edilən məlumatlara münasibətlərini aşkarlamağa imkan verir.

Təcrübəli müəllimlər məşğələni diskussiya disput formasında təşkil edir, hər hansı məsələnin müxtəlif fikirlərin “toqquşması” yolu ilə düzgün həllinə nail olmağa çalışırlar. Seminar-diskussiya və disput formalarından tədris edilən fənnin mübahisəli, problem məsələlərinin həlli məqsədi ilə istifadə olunur.

Ali təhsil müəssisələrində seminar-mühazirə, seminar-referat formalarından da geniş istifadə olunur. Tələbə tapşırılmış mövzu üzrə seminar rəhbərinin köməyi ilə məruzə hazırlayır, seminarda çıxış edir, qrup yoldaşlarının əlavələrini dinləyir, mövzu ilə bağlı suallara cavab verir. Seminar-referat formasında təşkili məqsədi ilə tələbələrə referat mövzuları verilir, müvafiq plan müəyyənləşdirilir. Seminarda referatın mətnini tam şərh etmək üçün onu 20-25 səhifə həcmində yazmaq məsləhətdir. Referat üzərində işləmək tələbələrdə yaradıcılıq əhval-ruhiyyəsi yaradır.

Kursun yekunlaşdırılması məqsədi ilə seminarın nəzəri konfrans tipindən istifadə edilməsi müsbət nəticə verir. Belə məşğələlərdə tələbələr müəyyən olunmuş mövzular əsasında məruzə və ya referatla çıxış edir.

Magistratura pilləsində ixtisas seminarlarının təşkilinə geniş yer verilir. Bu seminar tipinin müvəffəqiyyəti müəllimin müvafiq elm sahəsinə aid elmi-tədqiqat əsərlərinə dərindən bələdliyindən və təcrübəsindən çox asılıdır. Yüksək hazırlıqlı müəllimin təşkil etdiyi ixtisas seminarları tələbələri kollektiv təfəkkür və yaradıcılığa hazırlayan elmi məktəb rolunu oynayır.

İxtisas fənlərinin daha dərindən tədris edildiyi magistratura səviyyəsində son dövrlərdə seminarın seminar-təqdiqat tipindən istifadə olunur.


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin