Mövzu Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və təqdiqat istiqamətləri


Tələbənin biliyinin çoxballı sistemlə qiymətləndirilməsi



Yüklə 0,49 Mb.
səhifə85/100
tarix02.01.2022
ölçüsü0,49 Mb.
#43468
1   ...   81   82   83   84   85   86   87   88   ...   100
Ali mekteb pedaqogikasi Magistr-1

Tələbənin biliyinin çoxballı sistemlə qiymətləndirilməsi

Çoxballı sistem tələbələrin bilik, bacarıq və vərdişlərinin qiymətləndirilməsinin mövcud sistemini təkmilləşdirmək, onun səmərəliliyini artırmaq məqsədi daşıyır və hər bir tələbəyə fərdi yanaşmanı təmin etməklə tədris prosesinin aşağıdakı sahələrini əhatə edir:

-mühazirə və seminar ,laboratoriya dərslərinə davamiyyəti;

-seminar dərslərində müxtəlif formalı yoxlamalar (frontal sorğular, kollokviumlar, praktik məsələlərin həlli və s.);-kurs işinin (layihəsi) yazılması və müdafiəsi;

-təcrübələrin (istehsalat və pedaqojinəticələri);

-buraxılış işlərinin hazırlanması və müdafiəsi.

Konkret fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbənin biliyi aşağıdakı kimi qiymətləndirilir:

-51 baldan aşağı – “qeyri-kafi” – F

-51-60 bal – “qənaətbəxş” – E

-61-70 bal – “kafi” – D

-71-80 bal – “yaxşı” – C

-81-90 bal – “çox yaxşı” – B

-91-100 bal – “əla” – A

İmtahanda qazanılan balların maksimum miqdarı 50-dir.

İmtahanın qiymət meyarları aşağıdakı kimidir:

-10 bal – tələbə keçilmiş materialı dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir.

-9 bal – tələbə keçilmiş materialı tam başa düşür, cavabı dəqiqdir və mövzunun məzmununu aça bilir.

-8 bal – tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir.

-7 bal – tələbə keçilmiş materialı yaxşı başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandıra bilmir.

-6 bal – tələbənin cavabı əsasən düzgündür.

-5 bal – tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.

-4 bal – tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhvlərə yol verir.

-3 bal – tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırmağı bacarmır.

-1-2 bal – tələbənin mövzudan qismən xəbəri var.

-0 bal – suala cavab yoxdur.

Tələbənin imtahandan topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə, tələbənin imtahan göstəriciləri semestr ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur.





Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin