Mühazirə-situasiya. Bu mühazirə formasının qarşısında duran əsas məqsəd-tələbələrlə bilgilərdən yeni situasiyaların həllində istifadə etmək bacarığı formalaşdırmaqdır. Bu, mühazirənin ən yüksək formasıdır, çünki o, təhsil alanları yaradıcılıq fəaliyyətinə sövq edir. Bu mühazirə formasının təşkili texnologiyası aşağıdakı kimidir:
-nəzəri problemlərin qoyulması (mühazirəçinin informasiyası);
-Mühazirəçinin situasiyaya uyğun misallar göstərməsi;
-tələbələrin situasiyanı həll etməsi;
-prosesin yenidən təkrarı.
Mühazirə- situasiyada iştirak edən tələbə aşağıdakılara nail olur:
-tələbə aktiv praktik fəaliyyətə qovuşur;
-tələbə səvhlərdən və düzgün olmayan həlldən uzaqlaşmağı öyrənir;
-tələbə hadisə və proseslərə şüurlu surətdə təsir etməyi öyrənir;
-tələbə proqnozlaşdırmağı və öz fəaliyyətini planlaşdırmağı öyrənir.
Mühazirə-məsləhət. Bu mühazirə forması Mühazirə-press konfransa yaxındır. Fərq ondadır ki, mühazirəyə mütəxəssis də dəvət olunur və təbii ki, mütəxəssisin məsləhətləri mühazirəçi-müəllim tərəfində istiqamətlandirilir və lazımi məcraya yönəldilir.
Dostları ilə paylaş: |