Mövzu Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və təqdiqat istiqamətləri



Yüklə 0,49 Mb.
səhifə72/100
tarix02.01.2022
ölçüsü0,49 Mb.
#43468
1   ...   68   69   70   71   72   73   74   75   ...   100
Ali mekteb pedaqogikasi Magistr-1

Vizual mühazirələr. Bu halda mühazirənin əsas məzmunu tələbələrə obrazlı, yəni şəkillər, qrafiklər, sxem və s. formasında təqdim olunur. Vizual (gözlə görünən) vasitələr tələbələrin təfəkkürünü inkişaf etdirir və informasiyaları müxtəlif işarələr sistemi ilə kodlaşdırmaq əsasında mənimsəmə aktı davam edir.

İkilik mühazirə. Mühazirəni iki müəllim bir-birilə və tələbə auditoriyası ilə əməkdaşlıq şəraitində oxuyur. Mühazirənin məzmunu dialoji ünsiyyət prosesində problem şəklində şərh olunur.

İkilikdə mühazirə-şəxsiyyətlərarası münasibətlərə əsaslanır. İkilikdə mühazirə eyni mövzu üzrə mühazirə oxuyan, həm öz aralarında, həm də tələbə auditoriyası ilə rabitələr yaradan iki müəllimin birgə əməkdaşlığıdır. Hər iki müəllim mövzu ilə əlaqədar öz aralarında müvafiq problem qoyur, yaradılacaq situasiyanı təhlil edir, fərziyyə irəli sürür, əsaslandırır, ziddiyyətlərin həllini müəyyənləşdirir. Hər iki müəllimin təlim prosesinə səmərəli qoşulması tələbələrdə idrak fəallığı doğurur. Mühazirəçilərin öz aralarında və auditoriya ilə əlaqələri xarici və daxili dialoq formasında cərəyan edir.

İkilikdə mühazirə aşağıdakı spesifik xüsusiyyətləri ilə fərqlənir:

-ziddiyyətli və mürəkkəb olması, yanaşma tərzlərinin müxtəlifliyi ilə seçilən mövzunun müəyyənləşdirilməsi;

-təfəkkür tərzinə görə bir-birinə yaxın iki müəllimin seçilməsi;

-mühazirənin ssenarisinin hazırlanması.

İkilikdə mühazirənin ənənəvi mühazirə formasından üstünlükləri aşağıdakılaradır:

-mühazirənin həm məzmunu, həm də izahı qaydası problem xarakter daşıyır, bu isə tələbələri təfəkkür əməliyyatlarına alışdırır;

-tələbələrə daha geniş həcmdə informasiyalar verir;

-tələbələrdə yüksək diskussiya mədəniyyəti formalaşdırır;

-təlimin müxtəlif mərhələlərində uğurla tətbiq olunur.


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin