Mövzu Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və təqdiqat istiqamətləri



Yüklə 0,49 Mb.
səhifə78/100
tarix02.01.2022
ölçüsü0,49 Mb.
#43468
1   ...   74   75   76   77   78   79   80   81   ...   100
Ali mekteb pedaqogikasi Magistr-1

Praktik məşğələlər tələbələrdə müxtəlif praktik tapşırıqların həlli zamanı mühazirələrdə qazandıqları bəzəri biliklərdən istifadə etmək bacarığı və vərdişi formalaşdırır. Praktik məşğələlər tələbənin elmi təfəkkürünü və məntiqi nitqini inkişaf etdirir, professioal fəaliyyətlə bağlı bacarıqlar formalaşdırır, müəllimə operativ əks-əlaqə yaratmağa, tələbələrin biliklərini yoxlamağa və düzəlişlər etməyə imkan verir.

Praktik məşğələlərin ümumi struktur elementləri aşağıdakılardır:

-müəllimin giriş sözü;

-tələbələrlə aydın olamayan məsələlərin şərhi;

-məşğələnin praktik hissəsi-tələbələrin müstəqil işləri;

-praktik məşğələnin yekunlaşdırılması;

Praktik məşğələlərin məqsədi təkcə müəllim üçün deyil, tələbə üçün də aydın olmalıdır. Bu, praktik məşğələnin effektivliyini təmin edən qüvvətli amillərdəndir.

Praktik məşğələlər elə təşkil olunmalıdır ki, tələbələri gərgin yaradıcı işə cəlb edib, məsələlərin düzgün və dəqiq həllinə yönəltsin. Praktik məşğələlər tələbələrin potensial imkanlarının, yaradıcılıq qabiliyyətlərinin inkişafı üçün real şərait yaratmalıdır. Məşğələ aparan müəllim məşğələnin planını və icra olunacaq tapşırıqları müəyyənləşdirərkən hər bir tələbənin marağını və hazırlıq səviyyəsini nəzərə almalıdır. Müəllim məşğələ müddətində məsləhətçi rolunu oynamalı, tələbələrin müstəqilliyə və təşəbbüskarlığına geniş meydan verməlidir.



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin