Ekzistensializm fəlsəfi cərəyandır (lat. mövcudat deməkdir). Ekzistensializmə görə ölüm hadisəsi adamda qayğı, qorxu, vicdan kimi həyat təzahürləri əmələ gətirir. Ekzistensializmə əsaslanan pedaqogika özünütərbiyəyə üstünlük verir: göstərir ki, hər kəs özü haqqında düşünməli, özünə gün ağlamalıdır, öz xarakterini formalaşdırmalıdır. Ekzistensializm pedaqogikası özünütərbiyəni ailə və məktəb tərbiyəsinə, həmçinin mühitin tərbiyəvi təsirlərinə qarşı qoyur; tərbiyə işində məqsədyönlüyü və planlılığı əhəmiyyətsiz hesab edir. (Görkəmli nümayəndələri ABŞ-da A.Fallinko, Fransada J.P.Sartr, Almaniyada E.Qrizebaxdır). Onlar isbat etməyə çalışmışlar ki, adamın xarakterini formalaşdıran təlim, tərbiyə deyil, şəxsin özüdür. Nə müəllim, nə də valideyn uşağın daxili aləminə nüfuz edə bilməz. Müəllim və ya tərbiyəçinin əsas vəzifəsi uşağa əqli və əxlaqi cəhətdən hələ kamil olmadığını hiss etdirməkdən və özünütərbiyədən ibarət olmalıdır.