Mövzu Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və təqdiqat istiqamətləri



Yüklə 0,49 Mb.
səhifə45/100
tarix02.01.2022
ölçüsü0,49 Mb.
#43468
1   ...   41   42   43   44   45   46   47   48   ...   100
Ali mekteb pedaqogikasi Magistr-1

Təhsil standartı – məzunların ümumi təhsil hazırlığına verilən tələblərin məcburi səviyyəsidir, təlimin və nəzarətin həmin tələblərə uyğun gələn məzmununu, metodlarını, formalarını və vasitələrini özündə əks etdirir. Bunlar həm “norma”, həm “nümunə” və həm də “ölçü”dür.

Təhsil standartı dedikdə, təhsilliliyin dövlət normaları kimi nəzərdən keçirilən, ictimai idealı və bu ideala nail olmaq üzrə təhsil sistemini ifadə edən əsas cəhətlərin sistemi başa düşülür. Dövlət təhsil standartları müəyyən dövr üçün dövlət tələblərini özündə əhatə edən ümumi normalar məcmusu olub, pedaqoji elmin prinsiplərinə əsasən hazırlanır. Təhsil standartları mütərəqqi beynəlxalq meyarlar, milli, ümumbəşəri dəyərlər əsas götürülməklə, müəyyən edilir.

Dövlət təhsil standartları təhsilin məzmununu, pedaqoji kollektiv üzvlərinin keyfiyyət göstəricilərini, təhsilin müxtəlif pillələrində şagirdlərin (tələbələrin) bilik, bacarıq və vərdişlərinin səviyyəsini, təhsil müəssisəsinin və təlim prosesinin idarə olunmasını, maddi texniki bazanı müəyyən edir. Təhsil müəssisələrində təhsilin dövlət standartlarına uyğun təşkili təmin edilir. Ayrı-ayrı məktəb tiplərinin fəaliyyətlərinin, təhsilin səviyyəsinin və məzunların təlim göstəricilərinin monitorinqi və qiymətləndirilməsində, akkreditasiya və məzunların yekun attestasiyasında müvafiq təhsil standartlarına əsaslanılır. Sağlamlıq imkanları məhdud olan məktəblilərin təhsilini həyata keçirmək məqsədilə isə xüsusi dövlət standartları işlənib hazırlanır.


Təhsilin məzmunu standartlaşdırılarkən iki əsas məqsədlər qrupu nəzərə alınmalıdır:

-Didaktik məqsədlər

Didaktik məqsədlər müəyyənləşdirilərkən pedaqoji sistemin üç elementi nəzərə alınmalıdır: tələbə; təhsilin (təlimin) məzmunu; təhsilin məzmununun strukturu.

-Təhsilin (təlimin) məqsədləri

Təlim məqsədləri həyat əhəmiyyətli, real, dəqiq, sınanmış, sistemli, əhatəli və şəxsiyyətin psixoloji keyfiyyətlərinə uyğun olaraq diaqnostlaşdırılmalıdır. Bu zaman təlim sisteminin əsas komponentləri: təhsilin məzmunu, didaktik proseslər, təlimin təşkili formaları, təlim vasitələri və öyrədənin şəxsiyyəti nəzərə alınmalıdır.

Ümumi dövlət təhsil standartı aşağıdakıları nəzərdə tutur:

- təhsilin hər bir pilləsi üzrə məzmunu əks etdirir. Dövlət şagirdlərə (tələbələrə) zəruri ümumi təhsil hazırlığı verməyi nəzərdə tutur;

- təhsilalanların zəruri hazırlığına minimum tələblər verilir.

Məzmun baxımından ümumtəhsil məktəbinin dövlət standartı nəzərdə tutur:

- elmlərin əsaslarına dair nəzəriyyələrdən, konsepsiyalardan, onların tarixindən, problemlərindən, metodologiyasından və proqnozlarından xəbərdar olmaq;

- bu və ya digər bilik sahəsinin əsas anlayışlarını bilmək və tətbiq etmək bacarığı;

- əsas anlayışlara tərif vermək;

- anlayışın məzmununu və qayəsini açmaq;

- anlayışlara praktik şərh vermək;

- bilik, elm sahələri və fəaliyyət növləri üzrə fasiləsiz ümumtəhsil texnologiyaları ilə tanış olmaq və onların əsaslarını mənimsəmək;

- cəmiyyətin əsas problemlərini (ailə, milli, sosial, siyasi, mənəvi, mədəni, beynəlxalq, ekoloji, iqtisadi, istehsalat və s. sahələrdə) bilmək və onların həll edilməsi sahəsində öz vəzifələrinin nədən ibarət olduğunu aydın başa düşmək;

- sabit (standart) və dəyişən (qeyri-standart) situasiyalarda idraki (nəzəri) və praktik vəzifələrin yerinə yetirilməsi zamanı elmi bilikləri tətbiq etmək bacarığı;

- müvafiq təhsil sahəsinin nəzəriyyəsi və praktikasına bələd olmaq.

Yuxarıda qeyd olunanlar təhsilin pillələri və səviyyələri üzrə təhsilin standartlaşdırılmasının ümumi parametrlərini əhatə edir. Onlar təhsil sahələri, konkret tədris fənləri üzrə konkretləşdirilir. Tədris materialının təqdimetmə səviyyəsinə və məktəblinin icbari hazırlığına verilən tələblər nəzərə alınmaqla şagirdlərin hazırlığı səviyyəsinə nəzarət etmək və onu qiymətləndirmək məqsədilə tapşırıqlar (testlər) sistemi müəyyənləşdirilir. Təhsil standartlarında məzmun elə qurulur ki, hər bir məktəbli maksimum gücüçatan səviyyədə oxuya bilsin və onlarda təlimin müsbət motivləri formalaşdırıla bilsin.

Dövlət təhsil standartları təhsilin məzmununun formalaşdırılmasında real təcəssümünü tapan aşağıdakı normativ sənədlərə önəm verir: tədris planı, tədris proqramı, dərsliklər, dərs vəsaitləri, məsələ və çalışma kitabları və s. Bu normativ sənədlər təhsilin məzmununun layihələndirilməsinin müvafiq səviyyəsinə (tədris planı-nəzəri təsəvvürlərin səviyyəsinə; tədris proqramı-tədris fənlərinin səviyyəsinə; tədris ədəbiyyatı-tədris materialının səviyyəsinə) uyğun gəlir.





  1. Yüklə 0,49 Mb.

    Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin