5.Tələbələrdə peşə təfəkkürü və nitqin formalaşması
Tələbələrdə peşə təfəkkürü və nitqin formalaşması xüsusi əhəmiyyət kəsb edir. Fəaliyyətin növündən asılı olmayaraq, mütəxəssis təfəkkürünə həmişə yüksək tələbkarlıq göstərilir. Təfəkkür məqsədyönümlü, çevik, dərin, sürətli və dəqiq olmalıdır. Təfəkkürün müstəqilliyi və qabaqcagörmə rolu, düzgün qərar qəbul etmək qabiliyyəti xeyli yüksəlmişdir.
Tələbələrdə peşə təfəkkürünün formalaşmasında onları gələcək fəaliyyətin icrası üçün zəruri olan anlayış və biliklər sistemi ilə silahlandırmaq lazımdır. Bu hazırlıq xüsusi tərzdə olmalıdır: anlayışlar və biliklərin sadəcə olaraq, yadda saxlanılması kifayət deyildir, belə ki, təfəkkür mövcud biliklərlə hal hazırda qazanılan biliklərin məqsədyönlü əlaqəsini nəzərdə tutmalıdır. Peşə təfəkkürünün təşəkkülündə ali məktəbin profili və öyrənilən fənlərin xüsusiyyətləri nəzərə alınmalıdır.
Peşə fəaliyyətinin vacib və xarakter olan xüsusiyyətlərinin mənimsənilməsini öyrədərkən, əmək vəzifələrinin həlli üçün orijinal vasitələrin tapılmasını aşılayarkən, intellektin ümümi strukturunun formalaşmasını da unutmaq olmaz.
Psixologiyada təfəkkürün iki əsas istiqaməti nəzərdən keçirilir:
Dostları ilə paylaş: |