Mövzu Ali məktəb psixologiyasının ümümi məsələləri Plan


Duyğu, qavrayış və diqqətin peşə ilə bağlı inkişafı



Yüklə 89,63 Kb.
səhifə25/28
tarix28.01.2022
ölçüsü89,63 Kb.
#51698
1   ...   20   21   22   23   24   25   26   27   28
Ali mek. psixolog yeni son mühazireler

3.Duyğu, qavrayış və diqqətin peşə ilə bağlı inkişafı

Mütəxəssislərin peşə hazırlığı, onların hiss orqanları, diqqəti, təsəvvürləri, hafizə və təxəyyülü ilə əlaqədardır.

Mütəxəsislərin peşə hazırlığı, onların hiss orqanlarının, diqqətin, təsəvvürlərin, hafizə və təxəyyülün inkişafı ilə əlaqədardır. Məsələn, mütəxəssis ona təsir edən amilləri nə qədər dəqiq araşdırır, qavranılan hadisələrdə baş verən dəyişiklikləri görə bilirsə, zəruri məlumatları yada salır və xatırlayırsa, öz vəzifələrini daha yaxşı icra edir. Əksinə, nüfuzetmə qabiliyyətinin qüsurlu olması, diqqətin ətalətliliyi, fəaliyyətdə avtomatik icraya meyllilik, zəif yaddaş səhvlərə səbəb olur, icraya şərait yaradır. Tələbələrdə duyğuların, qavrayışın, diqqətin müsbət keyfiyətlərinin, təsəvvür, hafizə və s. proseslərin təkmilləşdirilməsinə olan qayğı, onların peşə hazırlığının yüksəldilməsinə təsir edə bilər.

Mütəxəssis kimi yetişməkdə gələcək fəaliyyətin mürəkkəb şəraitlərlə əlaqədar modellərinin yaradılması əhəmiyyətli rol oynayır. Tələbələr yalnız öz billiklərini artırmaqla kifayətlənməməli, həm də yeni məlumatları onlara məlum olanlarla müqayisə etməli, peşə sahələrində öyrənilmiş praktik hərəkətlər və vasitələri götür-qoy etməli, müstəqil tərzdə qəbul etdikləri qərarları özləri üçün dəqiqləşdirməlidirlər. İdrak proseslərinin inkişaf etdirilməsi peşə fəaliyyətinə təşəbbüskar münasibətin yaranmasına kömək edir, şablon olmayan orijinal qərarların qəbul olunmasına şərait yaradır.

Mütəxəssisin idrak proseslərinə və onların ixtisasca formalaşmasına konkret peşə tələbatlarının nədən ibarət olduğuna nəzər salaq.

Tələbələrdə duyğular, qavrayış və diqqətin inkişaf istiqamətləri gələcək peşənin tələblərinə müvafiq olmalıdır. Duyğuların, qavrayış və diqqətin inkişafı və təkmilləşdirilməsi üçün aşağıdakı yolları və şərtləri müəyyənləşdirmək mümkündür:



  1. Tələbələrin gələcək peşələri üçün ali təhsilin əhəmiyyətini dərk etmələri və ona maraq göstərmələri.

  2. Hiss orqanlarını və diqqət xassələrini məşq etdirmələri.

  3. Gələcək peşə fəaliyyətinin real şəraitinə yaxın olan vəzifələrin yerinə yetirilməsi.

  4. Orqanizmin ümumi vəziyyətinə müsbət təsir edən müxtəlif vasitələrdən bədən tərbiyəsi hərəkətləri kimi istifadə etmək, auditoriyada və başqa şəraitlərdə əlverişli şəraitə nail olmaq.

Duyğular, qavrayış və diqqət şəxsiyyət üçün əhəmiyyətli fəaliyyət zamanı inkişaf edir. Tələbələrin sensor mədəniyyətinin yüksəldilməsi üçün ali məktəbin bütün həyatı və fəaliyyəti əlverişli şərait yaratmalıdır.

Diqqətin formalaşdırılması üçün ona bütövlükdə, ya da ayrı-ayrı xassələrinə olan xüsusi peşə tələbatları nəzərə alınmalıdır. Məsələn, müəllimin diqqəti asanlıqla keçici və bölüşdürücü (dinləyicilərə, izahata, öz davranışına və s.) sarsılmayan, həcmli və mərkəzləşən olmalıdır.

Təlim prosesi üçün arzuolunmaz hal hesab edilən diqqətsizlik, şüurun zəif mərkəzləşdirilməsi, öyrənilən obiyektin tələb olunan istiqamətinin olmamasıı ilə xarakterizə olunur.

Diqqətsizliyin birinci meyarı odur ki, diqqətin müxtəlif növlərinin psixoloji əsası zəif olur. Motivasiaya və iradənin tələb olunan səviyyədə olmaması diqqətsizliyi “fəallaşdırır”.

İkinci meyar diqqətin dalğınlığıdır, obiyekt üzərinə yönələ bilməməkdir; diqqətin məhdudluğu, onun həcminin və paylanmasının səviyyəcə aşağı düşməsidir.

Üçüncü meyar odur ki, diqqətsizlik olduqda zaman amili təzahür edir, diqqətin motivasion və zehni əhatəsi zəif olur. Diqqətin situativ forması, müəyyən şərait və növlərlə əlaqədar olur.

Dördüncü meyar, əsl diqqətsizlikdir ki, bu da daxilən mərkəzləşməni bacarmamaq və diqqəti tələb olunan istiqamətə yönəldə bilməməkdir.


Yüklə 89,63 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin