Psixi xassələrə isə təmayül, xarakter, temperament və qabiliyyətlər daxil edilir.
Təmayül, yəni şəxsiyyətin istiqaməti, dərin motivasiyaya malik olan məqsədyönümlükdür. Motivlər, əsasən, cəlbetmə və fikir yaratmaqda rol oynayır.
Xarakter, elə psixi xüsüsiyyətlərin sarsılmaz məcmusudur ki, davranışın bütün sahələrinə, əməyə, kollektivə, cəmiyyətə və insanın özunə təsir edir. Xarakter şəxsiyyətin tutumunun rəngarəngliyini əks etdirir. Xarakter və insanın bütün davranışının təzahür formalarına təsir edən temperament, psixikanın dinamikasında əks olunur.
Bir insanı başqasından fərqləndirən mühüm psixi xassələrdən biri qabiliyyətlərdir. Elə bir psixi xüsüsiyyətlər ki, bir və ya bir neçə fəaliyyət növu ilə məşğul olmağa imkan verir, onun təkmilləşdirilməsi və ona sahib olmaq çox vacibdir.
Ali məktəb psixologiyasının vəzifələrindən danışarkən, ilk növbədə tələbələrin dünyagörüşünün genişləndirilməsi, hərbi-vətənpərvərlik hisslərinin inkişaf etdirilməsi, ideyaca mətinləşdirilməsi əsas götürülür. Etik və estetik keyfiyyətlərin inkişafı, milli mentalitet tələblərinin yerinə yetirilməsi mühüm məsələdir. Ali məktəb psixologiyasının qarşısında duran vəzifələrin müvəffəqiyyətli həlli psixoloji tədqiqtaların aparılma metodologiyası və metodikasından asılıdır.
2.Psixologiya elminin metodologiyası və tədqiqat metodları
Psixologiya elmində, metodologiya baxımından zəruri qaydalar aşağıdakılar hesab olunur:
Materiya birinci, psixika, şüur ikincidir və materiyanın inkişafı nəticəsində meydana gəlir,onun məhsulu hesab olunur.
Bütün hadisələrin səbəbi vardır.
Əşya və hadisələr bir-birilə əlaqədardır və bir-birindən asılıdır.
Bütün hadisələr inkişaf edir və dəyişirlər.
Ümumi metodologiyada dialektikanın qanunları da mühüm yer tutur:
Vahidlik və əkslik mübarizəsi
Kəmiyyət dəyişikliklərinin keyfiyyət dəyişikliklərinə keçməsi
İnkari inkar qanunu.
Dostları ilə paylaş: |