Tələbələrin davranış və fəaliyyətlərində özünü göstərən xüsusiyyətlər temperament tiplərinin müxtəlifliyi ilə əlaqədardır.
Temperament yalnız hiss və duyğuların dəyişməsində deyil, digər psixi proseslərin,eləcədə xarakter keyfiyyətlərinin, məşğələlərdə tələbə davranışlarının,onların reaksiyalarının, suallara cavablarının, tapşırıqların və qiymətlərin təzahüründə özünü göstərir.Temperament insanın davranış və hərəkətlərində ali sinir fəaliyyəti tipinin təzahürüdür. Temperament mmüxtəlif fəaliyyət növlərinin aparılmasına və onların nəticələrinin əəldə olunmasına təsir göstərir.Temperamentin ən yaxşı cəhətləri o zaman inkişaf edir ki, bunun üçün gümrah, şən həyat tərzi hakim kəsilsin, fəallıq, təşəbbüskarlıq mükafatlandırılsın, işgüzar əhval-ruhiyyə, inam müdafiə olunsun.