Mövzu Ali məktəb psixologiyasının ümümi məsələləri Plan


Mövzu 2. Tələbələrin fəaliyyətinin fərdi-psixoloji şərtləri



Yüklə 89,63 Kb.
səhifə7/28
tarix28.01.2022
ölçüsü89,63 Kb.
#51698
1   2   3   4   5   6   7   8   9   10   ...   28
Ali mek. psixolog yeni son mühazireler

Mövzu 2. Tələbələrin fəaliyyətinin fərdi-psixoloji şərtləri
Plan:

  1. Ali məktəb tələbələrinin başlıca məqsədi və motivləri

  2. Tələbə fəaliyyətinin xüsusiyyətləri

  3. Tələbə fəaliyyətində şəxsiyyətə məxsus xassələr

1. Ali məktəb tələbələrinin başlıca məqsədi və motivləri

Fəaliyyət insanın dərk olunmuş məqsədi ilə tənzim edilən daxili və xarici fəallığıdır. Fəaliyyət gerçəkliyə elə fəal yanaşma formasıdır ki, onun vasitəsi ilə insanla onu əhatə edən aləm arasında real əlaqə yaranır. Fəaliyyət vasitəsi ilə insan təbiətə, əşyalara və başqa adamlara təsir göstərir. O, özünün daxili xüsusiyyətlərini fəaliyyətdə həyata keçirərək və aşkar edərək əşyalara münasibətdə bir subiyekt kimi, insanlara münasibətdə isə bir şəxsiyyət kimi çıxış edir. Öz növbəsində onların cavab təsirini hiss edərək bu yolla insanların, əşyaların, təbiət və cəmiyyətin həqiqi obyektiv mühüm xüsusiyyətlərini aşkara çıxarır.

Fəaliyyətin sturkturunda qeyd olunan tərkib hissələri aşağıdakılardır:

1. Motiv və məqsəd

2. Fəliyyətin şəraiti

3. Xarici və daxili fəallıq

4. İnteriorizasiya və eksteriorizasiya

5. Vərdişlər və bacarıqlar

6. Fəaliyyətin nəticəsi

Motiv-məqsəd fəaliyyətin özünəməxsus vektorunu əmələ gətirir. Bu isə öz növbəsində onun istiqamətini, eləcə də subyektin fəaliyyət prosesində göstərdiyi səyin dərəcəsini müəyyən edir. Motiv insanı fəaliyyətə təhrik edən amillərə aiddir. Motivin əmələ gəlməsi ilə fəaliyyət özünəməxsus emosional boya kəsb edir. İnsan fəaliyyət prosesində meydana çıxan çətinliklərə də özünəməxsus münasibət bəsləməyə başlayır. Motivsiz fəaliyyət yoxdur. Lakin fəaliyyətin konkret xarakteristikası motivlə deyil, məqsədlə müəyyən olunur.

Tələbə fəaliyyəti ictimai əhəmiyyət kəsb edir. Belə ki, onun başlıca vəzifəsi xalq təsərrüfatının müxtəlif sahələri üçün mütəxəssis hazırlığını təmin etmək, insanlara ictimai tələbatı müvafiq təhsil və tərbiyə ilə həyata kecirməkdir. Aparılan tədqiqatlar göstərir ki,ali məktəb tələbələrinin başlıca məqsədi və motivləri aşağıdakılardır: vətən üçün gərəkli olmaq; mütəxəssis kimi formalaşmaq; ictimai işlərdə fəal iştirak etmək; idmanda və s. müəyyən nəticələrə nail olmaqdır. Təlimin gedişində tələbələrin motivasiyası öz səviyyəsinə görə yüksəlir, məqsədə doğru cəsarətli addımlar atılır, gələcək fəaliyyətə hazırlıq gedir, mütəxəssisə məxsus keyfiyyətləri özündə bərqərar etməyə çalışır.

Tələbələrin fəaliyətinin xüsusiyyətlərinə aşağıdakılar aid edilir: məqsəd və nəticələrin özunəməxsusluğu; öyrənilən sahənin xüsusiliyi; tələbə fəaliyyətinin proqramlaşdırılması; fəaliyyətə məxsus olan vasitələr; psixikanın intensiv xarakterə malik olması; yüksək əqli gərginlik və s. Tələbələrin fəaliyyətində şəxsiyyətə məxsus xassələr özünü nümayiş etdirir. Onların fəaliyyətinin idarə olunmasında əks əlaqənin, müəllimlərin nəticələrə düzgün qiymət vermək bacarıqlarının rolu böyükdür. Tez-tez belə məlumatlar tələbələrin mənimsəmə faizi, onların ictimai fəaliyyəti, mədəni davranışlarına aid edilir. Lakin tələbələrin təmayülü, temperament tipləri, xarakter xüsusiyyətləri, qabiliyyətləri, psixi proseləri, fəaliyyətə ciddi təsir edən psixoloji amilləri nəzərə alınmır. Halbuki bu amillərə diqqətin yetirilməsi, onların tələbə fəaliyyəti ilə əlaqəsi, təlim-tərbiyə işinin səmərəliliyinə yalnız müsbət təsir göstərir. Təmayülçülük, tələbə şəxsiyyətinin vacib xassələrindən biridir. Bu xüsusiyyət, tələbənin məqsədində, motivlərində, tələbatlarında, maraqlarında, ideallarında, inam və məramlarında özünü büruzə verir.

Tələbəlik dövrünün əsas xüsusiyyətləri şüurlu motivlərin güclənməsi, davranışın sabitləşməsi, özünütəhlil və özünüqiymətləndirmənin məqsədyönlüyündə özünü göstərir. Tələbəlik ictimai fəallıq dövrüdür. “İctimai fəallıq”deyərkən, insanın müstəqil istehsal fəaliyyətinə qoşulması, əmək fəaliyyətinə başlaması, ailənin qurulması və s. başa düşülür.


Yüklə 89,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin