Mövzu Ali məktəb psixologiyasının ümümi məsələləri Plan


Temperament 4 əsas tipi vardır



Yüklə 89,63 Kb.
səhifə10/28
tarix28.01.2022
ölçüsü89,63 Kb.
#51698
1   ...   6   7   8   9   10   11   12   13   ...   28
Ali mek. psixolog yeni son mühazireler

Temperament 4 əsas tipi vardır: sanqvinik (diribaş, şən), fleqmatik (soyuqqanlı, laqeyd), xolerik (tez özündən çıxan, tez hirslənən) və melanxolik (həmişə qəmgin, məyus). Temperament irsiyyətlə şətlənir. Lakin həyatda və fəaliyyətdə temperament bu və ya digər dərəcədə dəyişilir. Tərbiyə və fəaliyyət müəyyən adamların temperamentinə xas olan qüsurları aradan qaldırmağa, digər insanların temperamentinə xas olan müsbət əlamətləri götürməyə kömək edir.

Müasir psixologiyada temperamentin əsas formal- dinamik xarakteristikası kimi aşağıdakı xassələrinə xüsusi diqqət yetirilir.

1. Senzitivlik. Bu xassə haqqında fikir yürütmək üçün insanda hər hansı psixi reaksiyanın əmələ gəlməsi üçün tələb olunan ən kiçik xarici təsirin qüvvəsinin nədən ibarət olduğunu və bu reaksiyanın hansı sürətlə əmələ gəldiyini bilmək lazımdır.

2. Reaktivlik. Bu xassə eyni qüvvətli xarici və daxili təsirlərə qarşı verilən reaksiyaların qeyri-ixtiyarilik dərəcəsi ilə müəyyən olunur.

3. Aktivlik. Bu xassə haqqında biz insanın məqsədə çatmaq üçün xarici aləmə nə dərəcədə fəal təsir göstərməsinə, xarici və daxili maneələri necə aradan qaldırmasına görə mühakimə yürüdürük.

4. Reaktivliklə aktivliyin qarşılıqlı nisbəti. Bu xassələr haqqında biz insanın fəaliyyətinin ən çox nədən- təsadüfi xarici və daxili təsirlərindənmi, yoxsa insanın məqsədindən, niyyətindən, əqidələrindən asılı olduğuna görə yürüdürük.

5. Reaksiyaların tipi. Bu xassə haqqında biz müxtəlif psixi proseslərin sürətinə, nitqin tempinə, zirəkliyə, yaddasaxlamanın sürətinə, ağlın itiliyinə görə fikir yürüdürük.

6. Plastiklik və rigidlik keyfiyyəti. Bu xassəni insanın xarici təsirlərə nə qədər tez uyğunlaşmasından və ya, əksinə, davranış, adət və mülahizələrinin nə qədər ətalətli və süst olmasından bilmək olar.

7. Ekstraversiya və introversiya keyfiyyəti. Bu xassə insanın reaksiya və fəaliyyətinin ən çox nədən- indiki anda olan xarici təəssüratdanmı, yaxud əksinə, keçmiş və gələcəklə bağlı olan surətlərdən, təsəvvür və fikirlərdən asılı olduğunu göstərir.

8. Emosional oyanıqlıq. Bu xassə haqqında biz emosional reaksiyanın əmələ gəlməsi üçün nə dərəcədə az təsirin lazım olduğuna və bu reaksiyanın hansı sürətlə əmələ gəldiyinə görə mühakimə yürüdürük.

Bütün bu xassələrin əsasında temperament tiplərinin xarakteristikası müəyyənləşdirilir.


Yüklə 89,63 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin