Psixoloqlar xarakter əlamətlərini aşağıdakı kimi təsnif edirlər:
1. Kollektivə və başqa adamlara münasibəti ifadə edən xarakter əlamətləri: kollektevçilik, doğruçuluq, kobudluq, qayğıkeşlik, tələbkarlıq və s.
2. Əməyə münasibəti ifadə edən xarakter əlamətləri: əməksevərlik, tənbəllik, məsuliyyətlilik.
3. İnsanın özünə münasibəti ifadə edən xarakter əlamətləri: təvazökarlıq, lovğalıq, şöhrətpərəstlik və s.
4. Şeylərə (əşyalara) münasibəti ifadə edən xarakter əlamətləri: səliqəlilik, pintilik, qayğıkeşlik və s.
Bu xüsusiyyətlər bir-biri ilə üzvi surətdə əlaqədardır.
Tələbələrin fəaliyyətində qabiliyyətlərdə özünü parlaq büruzə verir, onların psixoloji xüsusiyyətlərinin necə olması, proqram materiallarının müvəffəqiyyətlə mənimsənilməsini, mütəxəssis kimi yetişməsini təmin edir.
Qabiliyyətlərin qurluşuna diqqətlilik, müşahidəçilik, təfəkkürün müəyyən keyfiyyətləri, hafizə, təxəyyül və s.daxildir. Məsələn, texniki qabiliyyətlər dedikdə, buraya yaxşı texniki yaddaş və təfəkkür, təxəyyüldə canlandırma, riyazi qabiliyyətlər dedikdə, materialı ümumiləşdirmə bacarığı, müzakirələri, fikirləri formalaşdırmaq, tapşırıqların qavranılmasında faydalı məlumatların alınması, fikirlərin hərəkət istiqamətini dəyişmək və s. anlaşılır.Tələbələrdə qabiliyytlərin inkişafı, onların diqqətinin, yaddaşının, yaradıcı təxəyyülünün, təfəkkürünün və digər psixi proseslər və fərdi psixi xassələrin təkmilləşddirilməsi ilə birlikdə gedir.
Qabiliyyətlərin müvəffəqiyyətlə inkişafının mühüm amillərindən biri, onların gələcək ixtisasa marağı, əmksevərlik və təkidlilik, öz hazırlığının məsuliyyətini dərk etməkdən ibarətdir. Ən istedadlı insanlar belə öz qabiliyyətlərini inkişaf etdirmək üçün müntəzəm olaraq zəhmət çəkməlidirlər. Ona görə də tələbələri qabiliyyətlərini, özlərini inkişaf etdirmələrinə alışdırmaq olduqca əhəmiyyətlidir.
Qabiliyyətlər şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətləri olub, müəyyən fəaliyyətin icrasının şərtini təşkil edir və onun üçün zəruri olan bilik, bacarıq və vərdişlərə yiyələnmə dinamikasındakı fərqlərdə ifadə olunur. Hər bir fəaliyyət daxilində mahiyyət etibari ilə iki növ qabiliyyət təşəkkül tapır: ümumi qabiliyyətlər, xüsusi qabiliyyətlər.
Ümumi qabiliyyət dedikdə bir sıra fəaliyyət sahəsində iştirak edən, onların bu və ya digər dərəcədə müvəffəqiyyətli icrası üçün şərt olan qabiliyyətlər nəzərdə tutulur. Ümumi qabiliyyətlər psixi proseslər, ilk növbədə ali psixi proseslər əsasında formalaşır. Qavrayış, hafizə, təfəkkür, təxəyyül və s. fəaliyyət prosesində funksional cəhətdən inkişaf edərək müvafiq qabiliyyətlərə çevrilir.
Xüsusi qabiliyyətlər isə yalnız müəyyən fəaliyyət növünün müvəffəqiyyətli icrası üçün şərt olan qabiliyyətlərə deyilir. Lüğət ehtiyatı və ifadəli dil, söz assosiasiyalarının zənginliyi, ədəbi yaradıcılıq, perspektivi qiymətləndirmə və rəngləri fərqləndirmə həssaslığı, təsviri fəaliyyət, didaktik qabiliyyətlər və s. isə pedaqoji fəaliyyət üçün xüsusi qabiliyyətlərdir.
Hər hansı bir işi müvəffəqiyyətləicra etmək üçün həm ümumi, həm də xüsusi qabiliyyətlərin olması zəruridir. Fəaliyyət prosesində onlardan hər birinin öz funksiyası vardır.
Qabiliyyətlər inkişaf dərəcəsinə görə də müxtəlif olur. Qabiliyyətlərin bir və ya bir neçə fəaliyyətin müvəffəqiyyətli icrası üçün şərt olan özünəməxsus birliyinə istedad deyilir. İstedad da qabiliyyət kimi, təlim-tərbiyə nəticəsində inkişaf edir.
Talant istedadın yüksək səviyyəsi olub, müəyyən fəaliyyət sahəsində mürəkkəb nəzəri və əmli məsələlri yaradıcılıq və orijinallıqla həlletməkdir. Talant da qabiliyyətlər kimi yalnız yaradıcılıqda böyük uğur və yüksək ustalıq əldə etmək üçün imkandır. Yaradıcılıq nailiyyətləri isə son nəticədə insanların varlığının ictimai-tarixi şəraitindən asılıdır.
Talantın ən yüksək inkişaf səviyyəsi dahilikdir. Dahilik gələcəyi qabaqcadan görmək, çox zaman dünya əhəmiyyətli yeni yollar açmaq, yeni nəzəriyyələr irəli sürməkdə, böyük kəşflərdə meydana çıxır. Dahilik psixoloji cəhətdən tükənməz iradə, dərin ehtiras, hüdudsuz zəka, fövqəladə hafizə, parlaq təxəyyül, dərin, geniş və tənqidi təfəkkür kimi qabiliyyətlərin özünəməxsus birliyindən ibarətdir.
Talantlı şəxslər, dahilər yenilməz iradə və uzun müddət gərgin işləmələri ilə fərqlənirlər.Talantın, dahiliyin səciyyəvi xüsusiyyətlərindən biri də onların təşəkkül tapdığı qabiliyyətlərin insanın xarakter əlamətlərinə çevrilməsidir. Bu, o deməkdir ki, insanın qabiliyyətləri tədriclə onun fəaliyyətinin müvəffəqiyyətlə icrası prosesində möhkəmlənir.
Tələbəlrin fəaliyyətində,təhsilində və tərbiyə olnmasında idrak proseslərinin (duyğular,qavrayış,hafizə,təsəvvür,təfəkkür və nitq) əhəmiyyətli rolu vardır.
Ən sadə idrak prosesi duyğulardır – cisim və hadisələrin ayrı-ayrı xassələrinin baş beyin qabığında inikası. Duyğular, obyektlərin obrazlarının, onların dərkinin əsasıdır. Duyğuların idarki əhəmiyyətini nəzərə alan müəllimlər, tələbələrin fəaliyyətində eşitmə, hərəki, görmə və başqa duyğu növlərinin imkanlarından geniş istifadə edirlər. Bu da tələbələrin tədris materiallarını mənimsəmə və yadda saxlama imkanlarını yaxşılaşdırır.
Dostları ilə paylaş: |