Qavrayış, duyğularla müqayisədə daha da mürəkkəb idrak proosesidir. Onların oxşar cəhəti ondan ibarətdir ki, hər ikisi bilavasitə əşya və hadisəni inikas etdirir, duyğular cisim və hadisələrin ayrı-ayrı xassələrini, qavrayış isə bütün xassələrini tam şəkildə əks etdirir. Beləliklə, qavrayış cisim və hadisələrin baş beyin qabığında tam və bütövlükdə inikasından ibarət olan psixi prosesdir.Qavrayışın tamlığı, mənalılığı, seçiciliyi və sabitliyi kimi xassələri vardır. Tələbələrin təlim fəaliyyətinin nəticələri hafizədən, onun yaddasaxlama, hifz olunma və yadasalma proseslərindən asılıdır.
Yaddasaxlama və yadasalmadan asılı olaraq, hafizənin dörd tipi müəyyənləşir–surət, məntiqi, hərəki və emosional. Tələbəlik dövründə hafizənin inkişafı çoxcəhətli olur. Hafizə uzunmüddətli və qısamüddətli ola bilər. Alınan təəsüratlar öz izlərini birdən birə qoymur, bunun üçün müəyyən vaxt lazımdır, güclü maneələr izlərin yaranmasına mane ola bilər.
Dostları ilə paylaş: |