produktiv və reproduktiv. Birinci psixoloji proses odur ki, mövcud şərait problemin həlli vasitələrini göstərmir. Onu həll etmək üçün strategiya yaratmaq, yaradıcılıq göstərmək tələb olunur. Produktiv təfəkkürün təzahüründən ibarət olan fəaliyyət, eləcə də həmin təfəkkürün prosesləri evristik adlanır. Reproduktiv təfəkkür isə yeni strategiya hazırlamır, onun prosesləri əvvəllər məlum olan yolla gedir.
Tələbənin peşə təfəkkürü, onun elmi dünyagörüşü, məsuliyyət hissi, iradi keyfiyyətləri, şəxsiyətinin peşə təmayülü, onun gələcək fəaliyyətinin şərtlərinə müvafiq olaraq qazanılacaq təcrübə ilə birgə inkişaf edir, yüksəlir.
Tələbələrdə nitqin peşə ilə bağlı inkişafı biliklərə yiyələnməkdə, təfəkkür, hafizə və başqa keyfiyyətlərin təkmilləşməsi ilə sıx əlaqədardır. Zəka sahiblərinin fikrinə görə dilin təmizliyi, dəqiq ifadəliliyi, kəskinliyi uğrunda mübarizə mədəni vasitələr uğrunda mübarizədir, bu vasitələr nə qədər kəsərli olarsa, düzgün istiqamətndirilərsə, qələbə təntənəsi yaranar. Mütəxəssislər yüksək peşə nitqinə malik olmadan öz vəzifələrini müvəffəqiyyətlə yerinə yetirə bilməzlər.
Tələbənin öz ümumi peşə və lüğətini genişləndirməsi olduqca vacibdir. Bu imkan verir ki, sərbəst şəkildə peşə nitqinə yiyələnsin, fikirlərini qısa, dəqiq və məntiqli ifadə etməyi bacarsın, məşğələlərdə sərbəst danışsın, sürətli qiraət vərdişləri qazansın.
Peşə nitqini inkişaf etdirməkdə müəllimləri təqlid etmək olar, sözləri düzgün tələffüz etmək olar, sözləri düzgün tələffüz etmək üçün isə müntəzəm olaraq məşqlər aparılmalı, dilimizin qrammatik qanunlarına dəqiq əməl olunmalıdır.
Tələbələr nitq üzərində müstəqil çalışmağa alışdırılmalıdırlar: seminarlarda sərbəst çıxış etmək (heç bir konspekt olmadan), az sözlə çox məna ifadə etmək, yeni sözlərlə rastlaşdıqda lüğətlərə müraciət etmək, çətin ifadələri yadda saxlamaq, ifadədə olan qüsurları aradan qaldırmaq və s. Tələbələrin, öz nitqlərində təzahür etdirdikləri hər bir təşəbbüs müəllim tərəfindən müdafiə olunmalı və həvəsləndirilməlidir.
Dostları ilə paylaş: |