Mövzu Ali məktəb psixologiyasının ümümi məsələləri Plan


Tələbələrin fəaliyyətində təxəyyül, təfəkkür və nitq mühüm yer tutur



Yüklə 89,63 Kb.
səhifə15/28
tarix28.01.2022
ölçüsü89,63 Kb.
#51698
1   ...   11   12   13   14   15   16   17   18   ...   28
Ali mek. psixolog yeni son mühazireler

Tələbələrin fəaliyyətində təxəyyül, təfəkkür və nitq mühüm yer tutur.

Təxəyyül keçmiş təcrübənin baş beyin qabığında işlənilərək yeni surətdə canlandırılmasıdır. Təxəyyül surətlərinin yaranmasında, insanın qarşısında duran vəzifələr, onların tələbatları, arzuları, hissləri, əhvalları, dünyagörüşü əsas rol oynayır. Təxəyyül surətləri yaratmaqla insan xəyalən gələcək hadisələri görür, öz əməyinin nəticələrini bilir, bir sözlə, gələcəyə baxır. Bu da ona imkan verir ki, israrla məqsədə doğru getsin. Klassiklərin fikrincə “fantaziya keyfiyyətin ən yüksək məziyyətidir”.

Təfəkkür, mürəkkəb psixi proses olub, baş beyinqabığında cisim və hadisələr arasındakı əlaqə və münasibətlərin ümumiləşmiş, konkretləşmiş və vasitəli inikasından ibarətdir. Bu, əyani, operativ və s. ola bilər. Təfəkkürün bütün növləri vahid halda fəaliyyət göstərir, onlardan digərinə nisbətən üstünlüyü vəzifələrdən, təcrübədən, bilikdən, fərdi xüsusiyyətlərdən, maraqlardan və yaş dövründən asılıdır.Yaradıcı təfəkkür xüsusi xarakterə malik olub, burada səhvlərin olması, sınaqlardan keçməsi müstəsnadır. Yaradıcı təfəkkür ilkin vəziyyətdən kənara çıxır, yeni-yeni əlaqələr və münasibətlər axtarışında olur, məqsədəmüvafiq olaraq bilik və bacarıqlar səfərbər edilir.

Tələbələrdə təfəkkürün səviyyəsi, biliklərin passiv, mexaniki olması ilə deyil, müstəqil və dəqiq istifadə etməklə xarakterizə olunur. Ən çox umumi olan cəhət ondan ibarətdir ki, təfəkkür yaşla əlaqədar olaraq, yüksəlir və daha çox anlayışlara istinad edir.

İnsan təfəkkürü onun nitqi ilə birgə fəaliyyət göstərir və təzahür edir. Təfəkkürün bütün növlərində nitqin rolu vardır. Söz anlayışları, mülahizələri ifadə edir, baş beyin qabığında əşya və hadisələri inikas etdirir. Nitqin məzmun və forması insanın peşəsindən, təcrübəsindən, temperamentindən, xarakterindən, qabiliyyətindən, maraqlarından, vəziyyətindən asılıdır.

Diqqət, təlim vəifələrinin həlli, ictimai fəaliyyət üzrə tələbəlrin fəaliyyətinin səmərəliliyini artırır. Diqqətin predmeti olan hər nə varsa, aydın qavranılır, dərk edilir və yaxşı yadda qalır. Diqqət həm xarici hadisələrə,həm də insanın öz daxilinə yönələ bilər.



Diqqət – psixi fəallığın bu və ya digər əşya, hadisə üzərinə yönəlməsi və orada cəmlənməsidir. Məşhur rus pedaqoqu K.D.Uşinski yazırdı ki, diqqət ruhumuzun elə bir qapısıdır ki, insanın bütün bilikləri oradan daxil olur.

Diqqət subyektiv və obiyektiv amillərin vahidliyi ilə şərtlənir. Bu amillərin təsirindən asılı olaraq diqqət ixtiyari və qeyri ixtiyari ola bilər. Bundan əlavə, ixtiyaridən sonrakı diqqət növü də mövcuddur ki, bu da maraqların təsiri ilə yaranır.

Tələbələrin fəaliyytində diqqətin müxtəlif xüsusiyyətləri özünü göstərir: davamlılıq, mərkəzləşdirmə, həcm, paylanma, keçirilmə, tərəddüd. Onların hər biri əhəmiyyətlidir. Məsələn, kənar təsirlər olsa da, davamlılıq və mərkəzləşdirmə imkan verir ki, tələbə öz işi üzərində uzun müddət cəmləşə bilsin. Lakin tərəddüd diqqəti yayındırır, qavrayışı zəiflədir, yaddasaxlama çətinləşir, reaksiyanın sürəti azalır.



Yüklə 89,63 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin