Mövzu Ali məktəb psixologiyasının ümümi məsələləri Plan


İnsanlara təsirin əsas strategiyaları



Yüklə 89,63 Kb.
səhifə18/28
tarix28.01.2022
ölçüsü89,63 Kb.
#51698
1   ...   14   15   16   17   18   19   20   21   ...   28
Ali mek. psixolog yeni son mühazireler

4. İnsanlara təsirin əsas strategiyaları. Şəxsiyyətlərarası ünsiyyət, şəxsiyyətlərarası kommunikasiya və şəxsiyyətlərarası qarşılıqlı təsir anlayışları bir-birinə yaxın anlayışlardır. Bəs şəxsiyyətlərarası qarşılıqlı təsir anlayışı digər anlayışlardan nə ilə fərqlənir? Burada fərdlərin bir-birinə münasibətdə təsir etmə təşəbbüsü başa düşülür, ancaq şəxsiyyətlərarası qarşılıqlı təsirin predmetini ünsiyyətin instrumental-texnoloji tərəfi təşkil edir. Ünsiyyətin instrumental-texnoloji tərəfi insanların öz məqsədlərini necə əlaqələndirmələri və təşkil etmələri, yəni ünsiyyət iştirakçıları arasında qarşılıqlı əlaqənin necə əldə edilməsidir. Şəxsiyyətlərarası ünsiyyət nəzəriyyəsində sosial ünsiyyətin bir sıra təsnifatları mövcuddur. Burada ünsiyyətin üç səviyyəsi fərqləndirilir: sosial-rollu (sosial-situativ) ünsiyyət, işgüzar ünsiyyət, intim-şəxsi ünsiyyət. Sosial-rollu səviyyədə qarşılıqlı münasibətlərin əsas prinsipi-qarşılıqlı təsir iştirakçılarının biliyi, normaların reallaşdırılması və sosial mühitin tələbidir. Sosial-rollu səviyədə əlaqə küçədə, nəqliyyatda, mağazada və s yerlərdə situativ ehtiyaclarla məhdudlaşır. Bu səviyyədə qarşılıqlı münasibətlərin əsas prinsipi qarşılıqlı təsir iştirakçılarının biliyi, normaların reallaşdırılması və sosial mühitin tələbidir. İşgüzar səviyyədə ümumi məqsədlərə nail olmağa yönələn iş maraqları və birgə fəaliyyət bu insanları birləşdirir. Qarşılıqlı işgüzar münasibətlərin əsas prinsipi rasionallıq (səmərəlilik), əməkdaşlıq effektinn yüksəldilməsi vasitələrinin axtarışıdır. İntim-şəxsi səviyyədə qarşı tərəfdən psixoloji yaxınlıq, etibar, inam gözlənilir. Ünsiyyətin əsas prinsipi empatiyadır.

Ünsiyyətdə təsirin nəticəsi müəyyən dərəcədə seçilmiş üsul və vasitələrdən asılı olacaqdır. Əgər biz tez nəticəyə istiqamətlənmişiksə, onda çox izah olunmayan, daha ciddi üsulları seçeceyik. Əgər biz perspektivə yönəlmişiksə və bizim vaxtımız varsa, onda daha yumşaq, mehriban, dostcasına üsullardan istifadə edəcəyik. görkəmli psixoloqlar tərəfdaşa subyekt və ya obyekt kimi yanaşmaya əsaslanan insanlara təsir strategiyalarının bir neçə tipologiyasını təklif etmişlər. Q. Kovalyov tərəfindən irəli sürülən tipologiyada insanın həyat fəaliyyətində üç strategiya-"imperativ", "manipulyativ" və "inkişafetdirici" əsas yer tutur. İmperativ metodlardan istifadə təsir obyektinin qısamüddətli, zahiri tabe olmasına gətitir və onun psixikasının dərinliklərinə toxunmur. İmperativ strategiyalar daha çox ekstremal vəziyyətlərdə səmərəlidirlər. Manipulyativ strategiyalar subyektiv paradiqmaya əsaslanır. Bu paradiqmaya xarici təsirlərin psixikada əks olunmasının fərdi seçiciliyinin və aktivliyinin təsdiq olunmasına əsaslanır. Manipulyativ strategiyalar şüursuzluğun situmullaşdırılması üsulları ilə həyata keçirilir. İnkişafetdirici strategiya qarşılıqlı təsirdə olan sistemlərin hər birinin potensiallarını aktuallaşdırmaqla təmin edilir. Belə təsir strategiyalarının əsas psixoloji şəraiti dialoq və açıqlıqdır.

E. Dosenko şəxsiyyətlərarası münasibətlərdə qarşılıqlı təsirin beş səviyyəsini göstərmişdir: dominantlıq, manipulyasiya, rəqabət, tərəfdaşlıq və həmrəylik.

Dominantlıq və manipulyasiya kimi səviyyələr qeyri-simmetrik münasibətləri xarakterizə edir. Bu vaxt bir subyekt başqalarına hakimlik edir. Digər "qütb"də bərabər hüquqlu, simmetrik həmrəylik münasibətləri durur. Bu münasibətlər yaranan problemin həlli üçün tərəfdaşlara birləşmək imkanı verir.

Manipulyasiyanı təsirlə tes-tez eyniləşdirirlər. Həqiqətən, gündəlik ünsiyyətdə manipulyasiya və şəxsi təsir bir-birinə elə sıx bağlanır ki, birini o birindən ayırmaq çətin olur. Manipulyasiya adətən birtərəfli uduş nailiyyəti üçün istifadə edilən psixoloji təsirin növlərindən biri kimi anlaşılır. Manipuyativ təsirlə şəxsi təsir arasında prinsipial fərqlər aşağıdakı üç meyarda göstərilir:

- niyyətlərin gizli xarakteri (başqalarından şəxsi məqsədlərə çatmaq vasitəsi kimi istifadə etmək),

- öz iradəsinə tabe etmək cəhdi (birtərəfli uduşu almaq),

- şəxsiyyəti dağıdan təsir effekti (ilk növbədə neqativ effekt təsir göstərilənin və bilavasitə manipulyatorun şəxsiyyətinə təsir edir).

Tərəfdaşın sizi şəxsi məqsədlərlə manipulyasiya etməsini və ya sadəcə ünsiyyət saxlaya bilməməsini hansı əlamətlərlə müəyyən etmək olar?

Ünsiyyət qurmağı bacarmayan insan tez qıcıqlanma, təcavüzkarlıq, emosional dayanıqsızlıq, həmsöhbətin vəziyyətinə etinasızlıq göstərə bilər. Bütün bunlar onun şüurunun daralmasının nəticəsi ola bilər, ancaq bu halda insanın bəzi səmimi potensialı-təcavüzlə və ya xarici soyuqluqla maskalanan gizli mehribanlıq və ya uşaq müdafiəsizliyi gözə çarpır. Bu zaman sizin vəzifəniz onlar üçün yaradılmış psixoloji müdafiələrin xeyirxahlıqla öhdəsindən gələrək yalnız təzyiqə və ya tərəfdaşın hücumuna qarşı durmaq deyil, həm də ona öz davranışının və şüurunun stereotiplərini aşkar etməyə kömək etmək olacaqdır.

Peşəkar manipulyatora məxsus əlamət - tərəfdaşın iradəsinə sahib olmağa cəhddir. Manipulyator həmişə sizi tabe olmağa və asılı vəziyyətdə qoymağa çalışacaq. O, bu asılılığı sizin zəifliklərinizdən, qorxularnızdan, istənilən arzularınızdan götürəcək. Manipulyatoru fərqləndirən ikinci əlamət - onun davranışında yalan, riyakarlıqdır. Manipulyatorun üçüncü fərqini siz həmişə onun fikirlərində aşkar edəcəksiniz. Həmin fikirlərdə çağırış birləşməyə deyil, ayrılmaya olacaq.

Məharətlə edilmiş manipulyasiyanı müəyyən etmək çox çətindir, amma əgər şəxsi intuisiyaya güvənsək, onda o, "burada nəyinsə düz olmamamsını" deyəcək. Əgər siz iradənizdən kənar, qaydalarınızın əksinə hərəkət etdiyinizi hiss edirsinizsə, onda manipulyativ təsirdən qorunmağa başlamaq lazımdır. Bununla belə, nəzərə almaq lazımdır ki, qaçmaq, aqressiya, ağlamaq, isterika psixoloji müdafiənin uşaq üsullarıdır və onlar çox vaxt dağıdıcı xarakter daşıyırlar. E.Dosenko iddia edir ki, əməkdaşlıq təklif etmək, mübarizə ssenarisini dağıtmaq, birbaşa və əsas sualların köməyi ilə manipulyatorun gizli niyyətlərini açmaq daha səmərəli hərəkətlər ola bilər.

5. Ünsiyyət pozuntuları, çətinlikləri və maneələri. Hər kəs gündəlik həyatda özünün və ya tərfdaşlarının ünsiyyətində, şəxsiyyətlərarası, qruplararası ünsiyət prosesində epizodik və ya xroniki çətinliklərlə üzləşir. Ünsiyyət çətinliklərini ifadə edən, məişət və elmi dildə dövr edən çoxsaylı terminlərdən aşağıdakıları qeyd etmək olar: kommunikativ və psixoloji əngəllər, pozuntular, qüsurlar, nazaslıqlar, maneələr və elə çətinliklərin özü. Terminoloji nizamlama məqsədilə üç əsas anlayış fərqləndirilir: pozuntular, çətinliklər və əngəllər.

Ünsiyyətdəki çətinliklərdən sırf psixoloji və kommunikativ aspektləri xüsusi qeyd etmək lazımdır. Ünsiyyətdəki müxtəlif çətinliklərin və maneələrin psixoloji aspekti şəxsiyyət amili, ünsiyyətin motivasiya-məzmun tərəfi ilə bağlıdır. Buraya bir tərəfdən, özgəninkiləşmə və autistiklik, digər tərəfdən isə ünsiyyətin bolluğu, məzmunsuzluğu daxildir. Burada təmas qurmaq bacarığının olmamasından danışmaq olar. Əgər bacarığın olmaması öyrənilməsi mümkün olan kommunikativ səriştə, vərdiş və məharətlə əlaqədardırsa, qabiliyyətin olmaması şəxsiyyətin xüsusiyyətlərindən irəli gəlir və çətin korreksiya edilir.

Şəxsiyyətlərarası ünsiyyətin pozulması ünsiyyətin və münasibətlərin ikitərəfli pozulmasıdır. Onun psixoloji tərəfi eqoizm, şübhəlilik, avtoritarlıq, qeyri- səmimilik və ünsiyyətdə olanların digər şəxsi keyfiyyətlərilə şərtlənir.

Kommunikativ əngəllər qarşılıqlı təsirin obyekti və ya vəziyyəti tərəfdən xarici amillərin təsiri altında əmələ gəlir. Mədəniyyət baxımından ünsiyyət normaları ilə şərtlənən fərqlər səbəbindən və müxtəlif mədəniyyətlərin, millətlərin nümayəndələrinin qarşılıqlı fəaliyyəti nəticəsində, ya da yaşda böyük fərqlər olduqda, hər bir həmsöhbət öz nəslinin mədəniyyətinin, dəyərlərinin, ideallarının, normalarının daşıyıcısı olduqda ünsiyyət müxtəlif dillərdə gedə bilər. Bu məsələyə həmçinin təmasda geriyə əlaqənin olmaması, mənanın anlaşılmasında səhvlərə yol verilməsi, sətiraltı mənanın nəzərə alınmaması və digər amillər də təsir göstərə bilər.

Qüsurlu ünsiyyət- işgüzar əlaqələrdə yranan aşağı səviyyəli keyfiyyətsiz ünsiyyətidir. lakin bu, qeyri-rəsmi şəxsiyyətlərarası ünsiyyətdə səmimiliyin, inamın, yaxınlığın yaranmasına mane olur. Ünsiyyətin qüsurları müəyyən şəxsiyyət xüsusiyyətlərinə malik insan tərəfindən yaradılan çətinliklərdir. Qüsurlu ünsiyyyət zamanı həmsöhbətin motivlərinin ünsiyyətdə uğurun tərəfdaşın ünsiyyətdən həzz alması səviyyəsinin aşağı enməsi müşahidə olunur. Qeyri-rəsmi ünsiyyətdə qüsurların yaranması səbəblərindən biri də işgüzar ünsiyyətin həddən artıq intensivliyidir ki, bu da sinir sistemini zədələyir, qeyri-rəsmi əlaqələrə tələbatı azaldır.

Müəyyən olunmuşdur ki, peşəkar fəaliyyətin psixomotor məhdudiyyəti, informasiya kasadlığı və ünsiyyətin məzmununun eyniliyi, istirahətsiz əmək intensivliyi mənfi psixoloji nəticələrə gətirib çıxarır: - psixoloji və emosional sinir gərginliyinin artması, fiziki, sinir və psixoloji yorğunluğun müxtəlif formalarının yaranması, təfəkkür, təxəyyülün pozulması, qeyri-formal şəxsiyyətlərarası ünsiyyət sferasında pozulma, qıcıqlanma və münaqişəyə meylilik, təkliyə və emosional dəstəyə tələbatın yüksəlməsi.

Ünsiyyətdə qüsurlar insanın məcburi və ya könüllü təcrid olunması, müxtəlif xarici şəraitin və tərəfdaşların müəyyən şəxsi xüsusiyyətlərinin nəticəsində yarana bilər.

Ünsiyyətin daha əhəmiyyətli qüsurlarını da fərqləndirmək olar. Onlar onun məzmun tərəfinə aid deyil və kifayət qədər ünsiyyət bacarıqlarının olmaması nəticəsində yaranır və müəyyən qədər qıcıqlanmaya və ya həmsöhbətin heyrətinə səbəb olur. Buna danışarkən yellənməyi, qaşları qaldırmağı, ağzı əyməyi, yayınmağı və s. aid etmək olar.



Ünsiyyət pozulmaları, dərin psixoloji təmasa malik olmayan müəyyən şəxsiyyət istiqaməti və xüsusi xarakter quruluşlu insanlara xas olur. Pozuntulara tipik nümunə kimi aksentuasiyalı şəxslərin qarşılıqlı münasibətini göstərmək olar.


Yüklə 89,63 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin