Mövzu Ali məktəb psixologiyasının ümümi məsələləri Plan


Tələbə fəaliyyətinin xüsusiyyətləri



Yüklə 89,63 Kb.
səhifə8/28
tarix28.01.2022
ölçüsü89,63 Kb.
#51698
1   ...   4   5   6   7   8   9   10   11   ...   28
Ali mek. psixolog yeni son mühazireler

2. Tələbə fəaliyyətinin xüsusiyyətləri. Tələbə fəaliyyətinin təhlili bir daha onun məqsədyönlülük mexanizminin aşkarlanmasına kömək edir.Tələbənin məqsədyönlü fəallığında onun məramı ciddi rol oynayır.Yalnız bunun sayəsində onun tələbatları müxtəlif situasiyalarda birləşir və onu təmin edir. Şəxsi təmayülün əsasında onun tələbatları durur ki, bu da maddi və mənəvi tələbatlardan ibarətdir. Tələbatlar özünün gələcək təminatını tələb edir ki, bu da icranı, arzuları, səyi, emosiya vəziyyətinin sabitliyini yaratmaqla tələbənin fəallığını təmin edir. Tələbatın ən vaciblərindən biri ünsiyyətə olan tələbatdır. Birinci kurs tələbələrində bu özünü daha qabarıq göstərir. Onların əksəriyyətində ali məktəbəqədərki şəxsi təmaslar pozulur.Tələbələr ünsiyyət zamanı yalnız başqalarını deyil, həm də özlərini dərk edirlər, ictimai həyat təcrübəsi qazanırlar. Ünsiyyətə olan tələbat çoxsahəli əlaqələr yaradır, dostluğu inkşaf etdirir, bilik və təcrübə, fikir, əhval və həyəcanların bərqərar olmasına rəvac verir.

Ali məktəbdə təhsilə başlayan tələbələrin fəaliyyət motivləri dəyişir və daha da mürəkkəbləşir. Tələbələrdə təmayülün vacib inkişaf göstəricisi, onun ictimai məqsəd aydınlığına malik olması, peşəsinin məqsədyönümlüyünü anlamasıdır.

Tələbənin əsas fəaliyyət növü – təlimdir. Tələbə şəxsiyyətinin əqli və mənəvi cəhətdən inkişafı təlim prosesində mümkün olur.

Onların fəaliyyətlərinin ümümi səciyyəsinə əsaslanaraq, psixi xassələrin fəaliyyəti və təzahürü, onların təhsili, ictimai və elmi fəaliyyətlərini nəzərdən keçirmək mümkündür.Yalnız təlim fəaliyyəti və onunla əldə edilən nailiyyətlər mütəxəssis hazırlığının əsas məqsədini təşkil edir. Məhz bu proses tələbələrin psixi proseslərinə və fərdi psixi xassələrinə, eləcə də bilik, bacarıq və vərdişlərin qazanılmasına səmərəli təsir göstərir.

Tələbələrin təlim fəaliyyəti mürəkkəb prosesdir. Burada başlıca vəzifə təlimin vəzifələrini yerinə yetirmək, onu başa çatdırmaq, eyni zamanda özünə nəzarəti təmin etmək və yoxlamaqdan ibarətdir. Bu prosesdə təlim motivasiyası da mühüm rol oynayır. Təlimin motivasiyasına aşağıdakılar təsir edir: məşğələlərin məzmunu, tədrisin metodikası, müəllimin şəxsiyyəti, tələbə kollektivində qarşılıqlı münasibətlər, əldə olunan nailiyyətlər və yarışlar. Motivlərin gücü və xarakteri nəzərdə tutulan nəticələrdən də çox asılıdır. Bu, tələbə əməyinin nəticəsi kimi özünü göstərir.

Müşahidələr göstərir ki,təlimdə müsbət motivlərin yaranması bir sıra şərtlərlə də səciyyələnir:

1) yaxın və uzaq təlim məqsədlərinin dərk edilməsi;

2) qazanılan biliklərin nəzəri və praktiki əhəmiyyətini anlamaq;

3) elmi məlumatların emosional formada şərhi;

4) tədris materiallarının məzmun və yeniliklər baxımından genişləndirilməsi;

5) təlim fəaliyyətinin peşə istiqaməti;

6) təlimin quruluşu ilə ziddiyət təşkil edən adekvat məsələlərin axtarılması;

7) tədris qrupunda maraqlı və anlamlı psixoloji iqlimin yaradılması.

Tələbələrin təlim fəaliyyəti üçün xarakterik olanlar bunlardır: yüksək zehni gərginlik, ali psixi proseslərin onun həllində iştirakı, bütövlükdə tələbə şəxsiyyəti və müxtəlif motivlər.

Tələbə şəxsiyyətinin hərtərəfli inkişafı üçün yalnız təlim fəaliyyəti kifayət deyildir, digər fəaliyyət növləri-ictimai, mədəni – estetik, istehsalat, idman və s. zəruridir. Vaxtilə K.Marks yazırdı ki, ictimai fəaliyyət nə qədər təvazökarcasına aparılsa da hər bir adama qeyri-adi təravət gətirir. İctimai fəaliyyətlə məşğul olan tələbələr yaxşı bilir ki, bunun gələcək fəaliyyətə hazırlanmasında əhəmiyyəti nədən ibarətdir, ona görə də onlarda bu işə maraq böyük olur. İctimai işlə məşğul olan tələbələrdə təşkilatçılıq qabiliyyəti inkişaf edir.

Tələbələrin elmi fəaliyyətinin də özünəməxsus xüsusiyyətləri vardır. Hər il tələbə elmi-tədqiqat işlərinin yekunlarına həsr olunmuş konfranslarda on minlərlə iştirakçı maraqlı məlumatlarla çıxış edirlər. Onların elmi işlərdə iştirakı yaradıcı təfəkkürü inkişaf etdirir, təşəbbüskarlıq, müstəqillik, məlumatları təhlil etmək bacarığı, zəruri materilların seçimi, müşahidəçilik kimi keyfiyyətləri formalaşdırılır.

Elmi-tədqiqat işlərinə yalnız istedadlı tələbələri cəlb etmək o qədər də düzgün olmazdı. Hər bir tələbə təhsil aldığı müddətdə müstəqil çalışmaq vərdişi qazanmalı, tədqiqat işi aparmağa alışmalı, tədqiqat üsullarından istifadə etməyi bacarmalıdır.

Tələbələrin elmi-tədqiqat işlərinin xüsusi cəhətləri aşağıdakılarla xarakterizə olunur: 1) Tədqiqat işi tədris materialları ilə əlaqədar olmalıdır. 2) Aparılan işlər onun idrak proseslərinə xidmət etməlidir.3) Tələbələrin fəaliyyəti professor-müəllim heyətinin rəhbərliyi ilə həyata keçirilir.4) Elmi fəaliyyət prosesində tələbələrin peşə müstəqilliyi formalaşır, praktik məsələlərin yaradıcı həllinə hazırlıq gedir, əmək fəaliyyətinə müsbət təsir göstərir. 5) Elmi fəaliyyət imkan verir ki, gələcəkdə peşə ilə bağlı olan, təşkilati fəaliyyətlə və müxtəlif problem situasiyalarla əlaqədar məsələlər müvəffəqiyyətlə həll edilsin.

Tələbələrin elmi fəaliyyətinin motivləri aşağıdakılardan ibarətdir: onun şəxsi və ictimai əhəmiyyətini başa düsmək, nəzəri və əməli problemlərin həllinə imkan daxilində töhvə vermək səyi, elmi axtarışlarda olmaq, maraq göstərmək. Tələbələrin əksəriyyəti elmi işə gələcək fəaliyyətə hazırlıq kimi baxır. Tələbənin elmi fəaliyyəti onun şəxsiyyətinin, həyatda özünütəsdiqin ifadəsidir. Tələbələrin elmi fəaliyyəti adətən, təlim prosesndəki axtarışlardan başlayır. Tələbələrin yaradıcı fəallığı, onların müstəqil olaraq, problemə yanaşma anından başlanır, onun həlli yollarını axtarır, optimal variantlar seçir. Elmi işin yerinə yetirilməsi məruzə hazırlamaqdan, yaxud mühazirədən olan qeydlərin tamamlanmasından ibarət ola bilməz. Problemin əsaslandırılması, onun nəzəri və əməli əhəmiyyətinin, tədqiqatın konkret vəzifələrinin müəyyənləşdirilməsi, materialın işlənmə metodikası, onun təhlili, nəticə və təkliflərdən başlanmalıdır. Məhz belə olduqda nəzəri təfəkkür formalaşır, vərdiş və bacarıqlar yaranır ki, bunlarsız yaraıcı fəaliyyəti təsəvvür etmək mümkün deyildir.

Tələbənin müxtəlif fəaliyyət növləri ilə məşğul olması onun həmin sahələrdə inkişaf səviyyəsini yüksəldir. Ali məktəb üçün tipik olan müxtəlif fəaliyyət növləri – idrak fəaliyyəti; ictimai, bədii, texniki fəaliyyət; kommunikativ fəaliyyət; qiymətləndirmə fəaliyyəti; idman və s. tələbə şəxsiyyətinin inkişafını təmin edən aparıcı fəaliyyət növləridir. Tələbələrin müxtəlif fəaliyyət növlərinə cəlb edilməsi onlarda şəxsi fəallığın inkişafına təkan verir, ümumi psixi xassələrinin təşəkkül tapmasına kömək edir.

İnkişaf edən motivlər, tələbələrdə əhəmiyyətli məqsəd aydınlığına xidmət edir ki, bunun da vasitəsilə mənəvi tələbatlar təmin edilir. Tələbə fəaliyyətinin müvəffəqiyyətini təmin edən amillərdən biri onun maraqlarıdır. Bu maraqlar müxtəlif ola bilər: tədris olunan fənlərə, idmana, musiqiyə, texnikaya və s. Maraqların zəifliyi və yaxud olmaması, tələbə fəaliyyətinin keyfiyyətinə təsir edən psixoloji səbəb hesab edilir. İ.İ.Pavlov marağa baş beyin qabığının fəaaliyyətini tənzimləyən vasitə kimi baxırdı.

Ali təhsil müəssisəsində tələbə fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır:



  • aktiv təlim fəaliyyətinin təmin edilməsi;

  • ictimai və digər tapşırıqların verilməsi və icrası;

  • motivlərin inkişaf etdirilməsi və s.

Ali məktəbdə tələbənin fəaliyyəti işini səmərəli qurmaq üçün onun hər bir şəxsi-psixoloji keyfiyyətini, tələbatını dərindən bilmək lazımdır. Unutmaq olmaz ki, hər hansı bir şəxsi keyfiyyətin formalaşmasının başlanğıcı müəyyən hadisələr və faktlarla bağlıdır. Bunların düzgün müəyyənləşdirilməsi mənimsədilən və formalaşdırılan keyfiyyətə müsbət münasibət və inam yaradır.


  1. Yüklə 89,63 Kb.

    Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin