Mövzu Ali məktəb psixologiyasının ümümi məsələləri Plan


Ali təhsilli mütəxəssisə verilən tələblər



Yüklə 89,63 Kb.
səhifə4/28
tarix28.01.2022
ölçüsü89,63 Kb.
#51698
1   2   3   4   5   6   7   8   9   ...   28
Ali mek. psixolog yeni son mühazireler

3.Ali təhsilli mütəxəssisə verilən tələblər

Bu günkü tələbələr, xalq təsərrüfatının bütün sahələrində həlledici təşkilatçılardır. Onların əksəriyyəti yarışlar təşkil edir, tabeliyində olanları maddi və mənəvi maraqlandırmağa məruz qoyur, yaradıcı fəaliyyətə həvəsləndirir ki, bütün bunlar istehsalat fəaliyyətindən az əhəmiyyətli deyildir. Mütəxəssis üçün vacib hesab edilən xüsusi xassə və keyfiyyətlərin aşkar edilməsi, ona olan tələbatın psixoloji təhlilindən çox asılıdır. İxtisasları bir-birindən fərqləndirən psixoloji xüsusiyyətləri müəyyənləşdirməklə, ali məktəb tələbələrinin təlim və tərbiyəsinin xüsusi məqsədlərini təyin etmək, onlarda konkret bilikləri, bacarıq və vərdişləri təşəkkül etdirmək mümkündür. Hər bir peşə bir sıra fəaliyyətləri tərkib edir. Ona görə də ayrı-ayrı ali məktəblərin məzunlarının psixoloji profilinin müəyyən edilməsi zəruridir.



Ali təhsilli mütəxəssisə verilən tələblər ali məktəb məzununun peşə qrammasında əks olunur. Tədqiqatlarda ali məktəb məzununun peşə qramması aşağıdakı kimi əks olunur:

  1. İxtisaslaşmanın ümümi xarakteristikası (sosial-siyasi və praktik əhəmiyyəti, onun ictimai-əmək fəaliyyətində yeri, başqa ixtisaslarla əlaqə: ixtisaslaşmanın daxilində mümkün olan vəzifə variantları, işin tipik yeri).

  2. Gələcək işin xüsusiyyətləri (fəaliyyətin xarici əlamətləri və vasitələri; işin miqyası, onun başlıca əməliyyatları və yolları, həmin ixtisas üzrə yeni iş formaları, gigiyenik şərait, əlverişli olmayan şərait; görülən işlərin psixikaya təsiri, fəaliyyətinə əqli və emosiya-iradi xüsusiyyətləri, qrup və kollektivlərin səciyyəvi xüsusiyyətləri).

  3. Mütəxəssisin təmayül xüsusiyyətləri (ideya-siyasi və peşə təmayüllü, onun münasibəti, ixtisasa olan marağı vəməhəbbəti; dünyagörüşün və şəxsiyyətin durumunun xarakter xüsusiyyətləri; xidməti vəzifəsinin icrasının məqsəd və motivləri; ruhi, əxlaqi və estetik tələbatlarının qurluşu və məzunu).

  4. Ümumtəhsil hazırlığı və ümumi əqli inkşaf (iş üçün zəruri hesab edilən biliklərin,vərdişlərin, bacarıqların, adətlərin məcmuyu; diqqətlilik, müşahidəçilik, hafizənin xüsusiyyətləri, təxəyyül və təfəkkür; əqli xüsusiyyətlər).

  5. Xüsusi keyfiyyətlər və qabiliyyətlər (xarakter xüsusiyyətləri, ixtisas üçün zəruri olan qabiliyyətlər, dərketmə, psixi proseslərin xüsusi inkişaf keyfiyyəti və s.).

Ümumiyyətlə, gənc mütəxəssislər nəzəri biliklərə dərindən yiyələnməli, dövlətimizin yetirdiyi siyasi və iqtisadi xətti düzgün anlamalı, geniş elmi və praktiki hazırlığa malik olmalı, öz ixtisasını mükəmməl bilməlidirlər. Mütəxəssislər bu gün bacarıqlı təşkilatçı olmaqla, əməyin elmi təşkilinin prinsiplərinin tətbiqində çeviklik göstərməlidirlər. Onlar insanlarla təmasda olmağı, birgə işləməyi bacarmalı, onların fikrinə hörmətlə yanaşmalı, əldə olunmuş nailiyyətlərə tənqidi yanaşmalıdırlar. Müasir mütəxəssis yüksək mədəniyyətə, geniş erudisiyaya malik olan, müstəqilliyimizi əbədi yaşatmağa qadir olan, ən yeni keyfiyyətlərə malik olan əsil intellektli olmalıdır.


  1. Yüklə 89,63 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin