Psixologiya elminin metodologiyası dialektik materializmə, onun bəşəri prinsiplərinə, dialektik məntiqə əsaslanır.
Ali məktəb psixologiyası aşağıdakı qaydaları özü üçün rəhbər tutur:
Psixika materiyanın yüksək inkişaf məhsuludur, beynin funksiyasıdır, obiyektiv aləmin inikasının nəticəsidir;
Psixi proseslər obiyektiv reallığın subyektiv obrazlarıdır;
İnsanın şəxsiyyəti və fəaliyyəti ayrılmazdır;
Psixika fəaliyyətdə təzahür edir və formalaşır;
İnsanın psixikasının mühüm cəhəti onun mühitidir. Bu, təbiətin hədiyyəsi deyildir, cəmiyyətin, tərbiyənin, təhsilin təsiridir ki, məntiqi təfəkkürü inkişaf etdirir, ali hissləri, iradəni formalaşdırır, davranışın motivlərini və şüuru bərqərar edir;
İnsana ətraf mühit, onun daxili aləmi vasitəsilə (psixi vəziyyəti, təcrübəsi, keyfiyyəti və s.)təsir edir. Əşyalar bizim özümüzdə deyildir, qavrayış və təsəvvürlərimizdə onların obrazlarıdır. Bu obrazların doğru olub olmaması isə yalnız praktikada məlum olur.
Ali məktəb psixologiyasının metodları, tələbələrin, müəllimlərin, rəhbər işçilərin və onların mənsub olduqları kollektivlərin tədqiqi vasitələridir. Hər hansı bir problemin elmi həlli üçün adətən kompleks metodlardan istifadə olunur.
Müşahidə metodunun obiyektini tələbələrin, müəllimlərin fəaliyyəti və hərəkətləri təşkil edir. Müşahidənin köməyi ilə hissləri,iradəni,əxlaqi keyfiyyətləri və insanın başqa xassələrini öyrənmək mümükündür.Müşahidə o zaman səmərəli olur ki,insanın zahiri görkəmi ilə daxiıi aləmi elmi biliklər əsasında bir- birinə uyğun gəlsin.
Müşahidə aydın məqsədə, plana malik olmalı, müntəzəm keçirilməli, tələbələrin müxtəlif məqamlardakı fəaliyyətini əks etdirməlidir. Eksperimentdən fərqli olaraq, burada müşahidə olunan psixi vəziyyətlərə müdaxilə etmək olmaz.
Eksperiment müşahidəyə nisbətən daha fəaldır. Burada psixi vəziyyətlərin qeydə alınması və izahı üçün lazımi məlumatları almaq mümkündür. Eksperiment zamanı xüsusi şəraitlər yaradılr və dəyişdirilir ki, öyrənmə prosesi bərqərar edilsin və ona təsir etmək mümkün olsun.
Laborator eksperiment xüsusi şəkildə yaradılmış şəraitdə aparılır, cihazlar, aparatlar və digər texniki vasitələr tətbiq edilir. Sınaqdan keçənlər bilirlər ki, onların üzərində təcrübə aparılır.
Təbii eksperiment isə adi həyat şəraitində aparılır (mühazirələrdə, seminarlarda. imatahanlarda və s.). Onun məqsədi vərdişlər yaratmaq, təfəkkürü inkişaf etdirmək, kollektivçilik tərbiyəetmək, intizamı artırmaq, pedoqoji fəaliyyətin səmərəliliyinə müsbət təsir etməkdir. Sınaqdan keçənlər bilmirlər ki,onların üzərində təcrübə aparılır.
Söhbətlər müşahidə və eksperimentləri tamamlayır. Hər bir adam özü haqqında başqasına məlumat vermək imkanına malikdir. Burada o zaman müvəfəqiyyət qazanmaq olar ki, tədqiqatçıya inam olsun və sınaqdan keçən üçün əlverişli şərait yaradılsın.
Tələbə və müəllimlərin fəaliyyətinin təhlili metodu təlim-tərbiyə işinin bütövlükdə praktikası, ayrı-ayrı tələbələr və tələbə kollektivləri haqqında sərfəli məlumatların əldə edilməsinə şərait yaradır. Tələbələrin fəaliyyəti çoxcəhətlidir: tədris, ictimai, elmi və s.
Testləşdirmə metodunda sınaqdan keçənlərə suallar, tapşırıqlar verilir. Testlər aparatla, vərəqlərlə və şifahi aparıla bilər. Onların tətbiqi ilə tələbələrin maraqları, psixi proseləri, qabiliyyətləri və s.öyrənilir.
Sorğu və anketləşdirmə metodu tələbələrin müxtəlif hadisələrə münasibətini öyrənmək üçün tətbiq olunur. Bu metod bu və ya digər suallara sərbəst cavablar, eləcə də anket suallarına verilən hazır cavablardan seçmə üsulu ilə həyata keçirilir.
Ali məktəb psixologiyasında təcrübəli müəllimlərin fikirləri, verdiyi cavablardan da istifadə olunur.
Psixologiyada tərcümeyi-hal metodundan da istifadə olunur – yəni şəxsiyyətin həyat yolu, onun tarixi, çətinlikləri, münasibətləri, baxışlarında olan dəyişikliklər, xarakter xüsusiyyətləri və s.Tərcümeyi-hala aid mühüm hadisələr daha qiymətlidir.
Beləliklə, ali məktəb psixologiyasında dialektik materializm metodologiyasına istinad edən metodlardan istifadə olunur ki, bunların da vasitəsilə tələbələrin, müəllimlərin və rəhbər işçilərin şəxsiyyəti və fəaliyyətinə aid mühüm məlumatların əldə edilməsinə və onlarla işin daha yaxşı təşkilinə şərait yaranır.
Dostları ilə paylaş: |