Mövzu Ali məktəb psixologiyasının ümümi məsələləri Plan



Yüklə 89,63 Kb.
səhifə23/28
tarix28.01.2022
ölçüsü89,63 Kb.
#51698
1   ...   20   21   22   23   24   25   26   27   28
Ali mek. psixolog yeni son mühazireler

Liderlik dedikdə, tələbələrdən birinin şəxsi nüfuzu ilə qrup yoldaşlarının daranışına təsiri, onları bu və ya digər fəaliyyətə təhrik etməsi başa düşülür. Lider özünün işgüzarlığı, kommunikativ bacarığı, intellekti, iradi-emosional sferasının xüsusiyyətləri, təşkilatçılıq qabilliyəti və digər şəxsi keyfiyyətləri ilə fərqlənir. Məhz bunun sayəsində də lider öz qrup yoldaşlarının psixologiyasına təsir göstərə bilir. Bəzən qrup lideri bir deyil, bir neçə tələbədən ibarət olur.

Psixoloqlar liderin üç əsas funksiyasını müəyyən edirlər.



  • Təşkilatçılıq funksiyası. Lider qrupun məqsədini müəyyən edir, işi planlaşdırır, metod və vasitələri seçir, rol və vəzifə bölgüsü aparır, nəzarət edir və s.

  • İnformasiya funksiyası. Lider qrupun fəaliyyəti üçün zəruri olan informasiyanı toplayır və qrup üzvlərinə çatdırır.

  • Sosializasiya funksiyası. Lider müəyyən keyfiyyətləri formalaşdırmaq və inkişaf etdirmək məqsədi ilə qrup üzvlərinə təsir göstərir. Liderin istifadə etdiyi pozitiv və neqativ sanksiyalar da sosial funksiyaya daxildir.

Tələbənin qrupdakı psixoloji vəziyyəti onun təlim fəaliyyətilə əlaqədardır ki, bu da seminarlarda, fəaliyyətin motivləri və səmərəliliyində,təlimə münasibətdə və s. birləşdirici rol oynayır.

Tələbənin yüksək psixoloji vəziyyəti, onun ictimai işlərə münasibəti, eləcə də daşıdığı rol, kütləvi-siyasi tədbirlərdə iştirakı bir-birilə sıx əlaqədardır.Yüksək psixoloji vəziyyətə malik olan tələbələr bütün bu tədbirlərdə “təşkilatçı” kimi iştirak edirlər. Onlar psixoloji hazırlığı zəif olan tələbələrlə müqayisədə elmi tədqiqat işlərində və ictimai-siyasi fəaliyyətdə böyük avtoritetə malik olurlar. Bir qayda olaraq, təhsildə qabaqcıl olan tələbələr qrupun şəxsiyyətlərarası münasibətlərində aparıcı olurlar. Hətta əlaçılar kollektivə qarşı dursalar da belə, qabaqcıllar hesab olunurlar.

2.Kollektivin formalaşması mərhələləri

Kollektivin mərhələlər üzrə formalaşması texnologiyası A.S.Makarenkonun təlimində öz əksini tapmışdır. O, kollektivin həyat qanununu yaratmışdır: hərəkət kollektivin yaranma forması, dayanmaq isə onun dağılması formasıdır. O, kollektivin inkişaf prinsiplərini müəyyən etmişdir:



  1. Aşkarlıq

  2. Məsuliyyət

  3. Perspektiv xətlər

  4. Paralel təsir

Tələbə kollektivi deyərkən, sosial əhəmiyyətli ümumi məqsəd uğrunda birgə mübarizə aparan, ümumi seçkili orqanlara malik olan, qarşılıqlı asılılığı, məsuliyyəti ilə seçilən, bütün üzvlərinin hüquqları eyni dərəcədə qorunan qrup başa düşülür.

Tələbə kollektivi – hər bir üzvünün daxili aləminin inkişafı, bütovlükdə cəmiyyətdə baş verən sosial-iqtisadi-ideoloji dəyişmələr, ətraf mühitin psixoloji iqlimi, pedaqoji rəhbərliyin xarakterilə şərtlənən və daim inkişafda olan dinamik sistemdir.

Kollektiv birdən-birə müdrikləşə və möhkəmlənə bilməz. Onun formalaşmasına rəhbərliközünü müxtəlif mərhələlərdə, müxtəlif tərzlərdə göstərir. Bu münasibətlə, tələbkarlığın dörd mərhələdə inkişafını irəli sürən A.S.Makarenkonun fikirlərinə istinad etmək maraqlı olardı.

Birinci mərhələ kollektivin təşkili, fəalların seçilməsidir. Bu işdə qrup üçün məsul olan şəxsin üzərinə böyük vəzifələr düşür.

Bu mərhələdə müəllim təşkilati cəhətdən yaranmış qrupu kollektivə çevirmək istəyir. Kollektivdə fəallar yaranandan sonra qrup üzvləri ümumi məqsəd, ümumi fəaliyyət və ümumi təşkilat əsasında birləşir.

İkinci mərhələ fəallara olan diqqətin artırılmasıdır ki, onlar daha çox hörmət qazansınlar, qabaqcıl fikrin daşıyıcıları olsunlar, müəllimlərin, dekanlığın, ali məktəb rəhbərliyinin tələb və göstərişlərinin həyata keçirilməsində vasitəçi olsunlar.

Əgər fəallar kollektivin tələbatlarını düzgün başa düşərsə, onlar müəllimin, dekanlığın, ali məktəb rəhbərliyinin etibarlı köməkçisi olurlar.

Bu mərhələdə kollektivin strukturu sabitləşir. Bu zaman kollektiv tam, bütöv sistem kimi çıxış edir, onda özünütəşkiletmə, özünütənzimləmə mexanizmləri işləməyə başlayır. Kollektiv artıq öz üzvlərindən müəyyən davranış normalarına riayət etməyi tələb edir. Onun irəli sürdüyü tələblər yavaş-yavaş genişlənir.

Üçüncü mərhələ kollektivin inkişafı mərhələsidir. Burada qazanılan bir sıra keyfiyyətlər əvvəlki mərhələlərdə əldə olunmuş nailiyyətlərdən fərqlənir. Bu mərhələdə kollektivin üzvlərinin bir-birinə verdikləri tələblərin səviyyəsi başqa cürdür. Kollektivin hər bir üzvü yoldaşına nisbətən öz qarşısında daha ciddi tələblər qoyur.

Dördüncü mərhələdə kollektiv tərbiyənin subyekti kimi hərəkət edir. Müəllimlər, dekanlıq müəyyən məsələlər irəli sürür, onların həlli üçün əlverişlii vasitələr müəyyənləşdirirlər. Kollektiv öz üzvlərinə tələblər irəli sürür, özünün idarə qabiliyyətini təzahür etdirir ki, bu da onun ən yüksək inkişaf mərhələsidir.

A.S.Makarenkonun fikrincə, kollektivin hər bir üzvü üçün aydın olan, başa düşülən və dərk olunan perspektiv məqsəd səfərbəredici, çətinlikləri və maneələri aradan qaldıra bilən qüvvədir. Tərbiyə işi praktikasında A.S. Makarenko perspektivin 3 növünü (yaxın, orta və uzaq) fərqləndirirdi. Buna istinadən tələbə kollektivi qarşısında uzaq və ona doğru hərəkəti təmin edən orta və yaxın perspektivlər qoyulmalıdır. “Perspektiv xətlər sistemi” kollektivin bütün həyatına nüfuz etməlidir.


Yüklə 89,63 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin